Əsas Səhifə > Güney Press / Manşet > "MİLYARDERLƏR İTTİFAQI"NIN BAKIDAKI İFLASI
"MİLYARDERLƏR İTTİFAQI"NIN BAKIDAKI İFLASI30-10-2012, 14:59 |
![]() İSGƏNDƏR XƏLİLOVUN OBYEKTLƏRİNDƏ YOXLAMALAR BAŞLANDI DİA.AZ: - Moskvada bir qrup azərbaycanlı oliqarx tərəfindən təsis edilən Ümumrusiya Azərbaycan Təşklatları İttifaqı ətrafında qızğın müzakirələr davam etməkdədir.Bu arada "Milyarderlər ittifaqı" kimi tanınan təşkilatın üzvlərinin Bakıda da biznes fəaliyyətləri gündəmə gəlib. DİA.AZ-ın Avropa.info-ya istinadən verdiyi məlumata görə,artıq oliqarxların Bakıdakı obyektlərinin nəzarətə götürülməsi prosesi başlayıb.Belə ki,bu gün səhər tezdən Vergilər Nairliyinin əməkdaşları Nizami küşəsi 69-da yerləşən,İsgəndər Xəlilova məxsus "İSR Plaza"otelində yoxlamaya başlayıblar.Hələlik yoxlamalar haqqında heç bir məlumat verilmir və yoxlamanın imkan daxilində gizli keçrilməsi tapşırığı verilib.Əldə etdiyimiz məlumata görə,anoloji yoxlamalar oliqarxların ölkədəki bütün obyektlərində keçrilməsi gözlənilir.Yoxlamalar azərbaycanlı oliqarxlara təzyiq xarakteri daşıyır. Xatırladaq ki ,1995-ci ildən “İSR” Şirkətlər Qrupununun başında dayanan İsgəndər Xəlilovun Bakıda iri biznes mərkəzləri var. Nizami küçəsi 69-da ona məxsus “İSR Plaza” yerləşir. Həmçinin İ.Xəlilov 2011-ci ilin oktyabrın 3-də Bakıda “Hilton Baku” otel kompleksinin də açılışını edib. O, “Baku Hilton” otelinin tikintisinə 140 milyon dollar sərmayə qoyub. Kompleksdə 2,5 min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılıb. Otelin binasının 17 mərtəbəsi otaqlardan ibarətdir. Otaqların 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. İkinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. İ.Xəlilov bundan əlavə, Heydər Əliyev prospektində “City Center” şəhərciyinin salınmasına 600 milyon dollar xərcləyib. O, Bakıda sahibi olduğu obyektlərin adlarını mediaya özü açıqlayıb. Onun nəhəng biznes imperiyasına “Texnikabank”, “Ramstor” hipermarketi, Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, keçmiş “İnturist”, “Azərbaycan” otelləri, “Mc.DonaldвЂ?s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Şirvanda, Xaçmazda meyvə şirəsi zavodları da daxildir Geri qayıt |