Əsas Səhifə > Gündəm, Manşet > İSGƏNDƏR HƏMİDOV NƏDƏN BU QƏDƏR TƏHLÜKƏLİDİR?

İSGƏNDƏR HƏMİDOV NƏDƏN BU QƏDƏR TƏHLÜKƏLİDİR?


30-10-2012, 10:20
İSGƏNDƏR HƏMİDOV NƏDƏN BU QƏDƏR TƏHLÜKƏLİDİR?
KEÇMİŞ NAZİRİN HARDAN GƏLİB, HARA GETMƏSİNƏ NƏZARƏT OLUNUR

DİA.AZ: - AXC iqtidarında təmsil olunan sabiq məmurlar arasında ən çox məhbəsdə tutulanı və bu səbəbdən də hər zaman mövcud hakimiyyət üçün təhlükəli bir fiqur kimi xarakterizə olunan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun günü bu gün də təqib edildiyi məlum olur. Bildirək ki, bir neçə il əvvəl İsgəndər Həmidov aktiv siyasi fəaliyyətdən imtina etdiyini bəyan edib, amma buna rəğmən hələ də keçmiş nazirin fəaliyyətinin xüsusi qurumlar tərəfindən ciddi nəzarət altında olduğu söylənilir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə Azərbaycanın bölgələrinin birinə yas mərasimində iştirak edən keçmiş nazirin həmin bölgəyə getməsi belə kimlər üçünsə diqqətçəkici olub və hətta İsgəndər Həmidovla bağlı araşdırma da aparılıb. Bununla əlaqədar portalımıza açıqlama verən sabiq nazir bildirdi ki, həbsxanadan çıxdığı ilk gündən etibarən təqib edilməkdədir:

«Artıq buna alışmışam. Hətta son zamanlar izələnməyim səngiyib və bir qədər narahat da oluram. O ki qaldı yasa getməyimə. Burada qeyri-adi heç nə yoxdur. Mən də bir vətəndaşam və tanıdığım şəxslərin xeyir-şər işlərində iştirak etməliyəm. Bunun isə siyasi mənaya yozulması gülüncdür».

Geri qayıt