Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ QƏZA TÖRƏTDİ

AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ QƏZA TÖRƏTDİ


30-10-2012, 10:11
AZƏRBAYCAN ORDUSUNUN ZABİTİ QƏZA TÖRƏTDİ
NƏTİCƏDƏ PİYADA YERİNDƏCƏ ÖLÜB

Azərbaycan Ordusunun zabiti qəza törədib.

Bu barədə APA-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Gəncə şəhəri ərazisində, şəhər sakini Elvin Qurbanov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, Goranboy rayon sakini Duman Əsgərovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Polisdən həmçinin bildirilib ki, qəza törədən sürücü E. Qurbanov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin baş leytenantıdır.

Geri qayıt