Əsas Səhifə > Hadisə > BAKIDA 53 YAŞLI QADIN İNTİHAR ETDİ

BAKIDA 53 YAŞLI QADIN İNTİHAR ETDİ


30-10-2012, 09:35
BAKIDA 53 YAŞLI QADIN İNTİHAR ETDİ
O, ÖZÜNÜ YAŞADIĞI MƏNZİLDƏN YERƏ ATIB

Bakıda 53 yaşlı qadın özünü hündürlükdən ataraq intihar edib.

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 29-dan 30-na keçən gecə, saat 04:00 radələrində Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 25, mənzil 20-də yaşayan 1959-cu il təvəllüdlü Svetlana Ömərova özünü yaşadığı evin pəncərəsindən ataraq intihar edib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb.

Geri qayıt