Əsas Səhifə > Cəmiyyət > ERMƏNİSTANA SİLAH SATAN LATVİYA ŞİRKƏTİ BAĞLANIR
ERMƏNİSTANA SİLAH SATAN LATVİYA ŞİRKƏTİ BAĞLANIR9-11-2011, 14:43 |
"LATSPECEKSPORTS"UN LİSENZİYASI LƏĞV EDİLƏ BİLƏR Ermənistana silah satan Latviya şirkəti bağlanır. ANS PRESS-in Moldova mətbuatına isinadən verdiyi məlumata görə, Latviya Müdafiə Nazirliyində Moldova istehsalı olan silahlarla bağlı razılaşmanın aldatma yolu ilə əldə olunduğu bildirilir. Məlumatı Latviya Müdafiə Nazirliyinin dövlət katibi Yanis Sarts (Janis Sarts) verib. “Məsələ ilə bağlı bütün mətləblərlə bağlı işlər çox mürəkkəbdir. Buna görə də bu məsələnin nə ilə nəticələnəcəyini indidən söyləmək çətindir. Çox güman ki, silah satışını həyata keçirən “Latspetsexports” şirkətinin mövcudluğu ilə bağlı lisenziyası ləğv ediləcək”, - deyə Sarts bildirib. Yanıs Sarts bu addımın həmin şirkətin Moldova tərəfinə yanlış məlumat verərək Ermənistana silah satmaq barədə icazəsinin olduğunu bildirdiyinə görə, atılacağını qeyd edib. Qeyd edək ki, Ermənistana Moldova istehsalı olan raket qurğularının “Latspetsexports” şirkəti vasitəsilə satılmasına Moldova hökuməti son dərəcə məxfiliyin gözlənilməsi şərtilə razılıq verib. Razılaşma əsasında nəzərdə tutulmuş 60 ton raket qurğusundan 40 tonu Ermənistana ötürülüb. Silah satışı haqqında informasiya göyərtəsində raket qurğusu yüklənmiş olan İl-76 yük təyyarəsinin Moldovanın Kişinyov hava limanına eniş etməsi nəticəsində üzə çıxıb. Xatırladaq ki, Moldova Ermənistana silah satdığı üçün Azərbaycandan üzr istəyib. Varşavada keçirilən Şərt Tərəfdaşlığı sammiti çərçivəsində Moldovanın baş naziri Vlad Filat Azərbaycanın dövlət başçısı İlham Əliyevə öz üzrxahlığını çatdırıb. Bu barədə jurnaluistlərə açıqlamasında Moldavanın Azərbaycandakı səfiri İqor Bodyu verib. Diplomat Moldova tərəfindən həqiqətən də Ermənistana 3 milyon dollar dəyərində silah satıldığını təsdiqləyib və bu faktı səhv siyasi addım adlandırıb. "Düzdür, Ermənistana silah satışının qadağan edilməsi ilə bağlı beynəlxalq sanksiya yoxdur", deyə səfir qeyd edib. Bodyu həmçinin Azərbaycan və Moldovanın ittifaq münasibətləri olduğunu da vurğulayıb. Geri qayıt |