Əsas Səhifə > Güney Press / Manşet > RƏSMİ BAKI NƏDƏN JURNALİST SƏFƏRİNƏ QARŞI OLUB?
RƏSMİ BAKI NƏDƏN JURNALİST SƏFƏRİNƏ QARŞI OLUB?29-10-2012, 17:37 |
![]() DİA.AZ: - Bir müddət əvvəl bir qrup azərbaycanlı jurnalist İrana səfər etmək istəyirdi. Xatırladaq ki, qəzetçilərin İran səfərində məqsədi bu ölkədə girov saxlanılan şairlərin durumundan əhval tutmaq idi. Doğrudur, girovluqda saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Del Gerani azadlığa buraxılsa da, İrana səfər etmək istəyən jurnalistlərə doğru-dürüst cavab verilmədi və hətta onların viza almaları üçün doldurduqları sənədlərə də hansısa rəsmi reaksiya verilmədi. Qeyd edək ki, həmin ərəfədə rəsmi şəkildə verilən məlumatlarda İranın xarici işlər nazirliyindən cavabın gözlənildiyi bildirilirdi. Bununla bağlı DİA.AZ-a daxil olan son xəbərlərdən isə aydın olur ki, əslində rəsmi Tehranın Bakıdan təşkil olunan jurnalist səfəri ilə bağlı edilən müraciətləri cavabsız buraxması bir günahı da Azərbaycanın dövlət qurumlarında olub. Diplomatik qaynaqlardan sızan informasiyaya görə, İrana səfər etmək fikrində olan jurnalist heyətinin tərkibinin məhz rəsmi Bakı tərəfindən təsdiqlənməməsi İran tərəfindən hansısa cavabın verilməsini əngəlləyib. Mənbənin söylədikləri: В«Həmin zaman İranın Azərbaycandakı səfirliyi Azərbaycan dövlətindən cavab gözləsə də, heç bir nəticə hasil olmadı. Sonradan şairlər azadlığa buraxıldı və bu məsələ unudulduВ». Geri qayıt |