Əsas Səhifə > Güney Press / Manşet > QUBANIN KEÇMİŞ İCRA BAŞÇISI ÇƏTİN DURUMDA
QUBANIN KEÇMİŞ İCRA BAŞÇISI ÇƏTİN DURUMDA29-10-2012, 17:16 |
![]() DİA.AZ: - Bu ilin 1 mart tarixində Qubada baş verən məlum hadisələrin ardından vəzifəsini itirmək zorunda qalan Qubanın keçmiş icra başçısı Rauf Həbibov çətin vəziyyətə düşüb. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, Rauf Həbibov son günlər bir neçə dəfə məlum prosesi araşdıran istintaq orqanları tərəfindən В«silisВ»ə çəkilib. Mənbəmiz bildirir ki, bunlar məsələnin üzdə olan tərəfidir: В«Əsas olanı isə odur ki, nəqliyyat naziri Ziya Məmmədova güvənən Rauf Həbibov rəsmən ittiham olunmasa da, hakimiyyətin yuxarı orqanları tərəfindən 1 mart tarixində baş verənlərə görə əsas suçlu tərəf kimi qəbul olunur. Yəni belə izah olunur ki, əgər Rauf Həbibov zamanında ehtiyat tədbirlərini görsəydi, məsələ bu həddə qədər şişməzdiВ». Mənbəmizin sözlərinə görə, hal-hazırda Quba hadisələri ilə bağlı qurulan məhkəmə istintaqında zərərçəkən kimi təqdim olunmasına rəğmən Rauf Həbibov qeyd olunan ittihamlar səbəbindən В«yuxarılarВ» qarşısında hesabat verməli olub: В«Təbii ki, bu hesabat fərqli mahiyyətdədir. Bildirilənə görə, Rauf Həbibovun təxminən 400 min dollar xərci çıxıb ki, prosesləri bağlaya bilsinВ». Geri qayıt |