Əsas Səhifə > Güney Press / Manşet > ƏSƏDOV-NAĞDƏLİYEV QRUPLAŞMASI ÖNƏ KEÇMƏK ÜZƏRƏDİR
ƏSƏDOV-NAĞDƏLİYEV QRUPLAŞMASI ÖNƏ KEÇMƏK ÜZƏRƏDİR29-10-2012, 16:25 |
![]() DİA.AZ: - Prezident Administrasiyası daxilində iç çəkişmələr son olayların fonunda daha da gərginləşib. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki mənbə iddia edir ki, artıq Ramiz Mehdiyevə qarşı çoxdan mövcud olan iç qruplaşma ciddi şəkildə hərəkətə keçib. Mənbənin söylədikləri: В«Konkret olaraq Milli Təhlükəsizlik Naziri Eldar MAhmudovun yaxın qohumu Əli Əsədovla PA-nın digər şöbə müdiri Zeynal Nağdəliyevin birləşdiyi ittifaq bu gün özlərini kifayət qədər əmin hiss edirlər. Hətta son günlər baş verən hadisələrə görə, mövqe itkisinə uğrayan Mehdiyev tərəfdarları üzərində hkömranlıq cəhdləri belə hiss eolunmaqdadırВ». Mənbəmiz bildirir ki, prezidentin əyalətlərə səfəri zamanı baş verən bir hadisə isə antimehdiyevçi qruplaşmanın daha da üstün mövqeyə keçməsinin göstəricisi kimi qəbul oluna bilər: В«Maraqlıdır ki, prezidentin Aran Qarabağ bölgəsinə səfərinin təşkili prosesindən Mehdiyevə yaxın şəxslər tamamən təcrid olundular və proses Nəğdəliyev-Əsədov ittifaqının nəzarəti altında baş tutdu. Hətta prezidentin mühafizə işləri də Mehdiyevə yaxın hesab olunan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun nəzarətindən kənar baş tutdu. Və həmin işlər ilk dəfə idi ki, tam olaraq Bəylər Əyyubovun rəhbərliyi altında həyata keçirilmiş olduВ». Mənbəmiz bildirir ki bütün bunlar isə Ramiz Mehdieyv qanadına olan etimadsızlığın təzahürü kimi qəbul olunmalıdır. Geri qayıt |