Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEV KİMLƏRLƏ İTTİFAQA GİRMƏLİ OLACAQ?

RAMİZ MEHDİYEV KİMLƏRLƏ İTTİFAQA GİRMƏLİ OLACAQ?


29-10-2012, 15:04
RAMİZ MEHDİYEV KİMLƏRLƏ İTTİFAQA GİRMƏLİ OLACAQ?
DİA.AZ: - Son günlər əsas hədəf kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müqavimət göstərmək fikrindədir. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki etibarlı mənbənin sözlərinə görə, bütün istiqamətlərdə əks hücuma keçməyə müvəffəq olan Ramiz Mehdiyev hətta rəqiblərinə ismarıc yollamağı da unutmayıb.

Mənbəmizin söylədikləri: В«PA şefi ilkin mərhələdə birbaşa olaraq onun şəxsinin hədəfə çevrilməsilə müşaiyət olunan məlum videoqalmaqalla bağlı işlərini yoluna qoymaqdadır. Artıq Gülər Əhmədova istintaq prosesinə ittiham olunan tərəf kimi yox, şahid qismində cəlb olunub. Əslində bu, Ramiz Mehdiyevin qələbəsidir. Çünki vəziyyətin gərginləşməsi fonunda, yəni Gülər Əhmədova qurban gedərdisə, artıq mandatından da olmuş keçmiş deputat məsələnin tam mahiyyətini aça bilərdi. Məhz bu səbəbdən Ramiz Mehdiyev ilkin mərhələdə Gülər Əhmədovanın çulunu sudan quru çıxarmalı olduВ».

Məlumatı verən qaynaq iddia edir ki, növbəti mərhələ olaraq PA şefi rəqiblərinə qarşı ciddi müqavimət sərgiləmək niyyətindədir: В«Artıq Ramiz Mehdiyev əlindəki rıçaqlar hesabına özünə müdafiə qalası qurmaqdadır. Hətta bir sıra nüfuzlu məmurlardan ibarət olan В«müqavimət korpusuВ» da yaradıbВ».

Təbii ki, bu kimi çabaların əks reaksiyasız qalmayacağını bildirən mənbəmiz sonda onu da vurğuladı ki, istənilən halda 2013-cü il parlament seçkilərinə qədər Ramiz Mehdiyevlə hakimiyyətin yolları ayrılacaq: В«Bu, qaçılmaz və qarşısı alınmaz bir prosesdirВ».

Geri qayıt