Əsas Səhifə > Şou-biznes > “SEKS-BOMBA”MIZ APARICI OLUR

“SEKS-BOMBA”MIZ APARICI OLUR


9-11-2011, 14:19
“SEKS-BOMBA”MIZ APARICI OLUR

CƏMİLƏ TELEKANALLARIN BİRİ İLƏ ANLAŞIB

Neçə vaxtdır ki, başı yeni yaranacaq şou-proqramın çəkilişlərinə qarışan elit-star Cəmilə tamaşaçıların qarşısına yeni görkəmdə və yeni formatda çıxacaq.

Müğənninin prodüseri Samirin "Olaylar"a bildirdiyinə görə, ifaçı telekanallardan birində yeni şou-proqramın aparıcısı olacaq:

""Elit-şou" adlanan verilişə tanınmış sənət nümayəndələri təşrif buyuracaqlar. Bu günə kimi teleməkanda bu formatda veriliş olmayıb. Sənətdə küsülü olan müğənnilər verilişdə qarşı-qarşıya gələcəklər. Daha nələr baş verəcəyini veriliş ərsəyə gələndə görəcəksiniz. Tamaşaçılar verilişi bu ayın ortalarında izləmək imkanı əldə edəcəklər".

Samir Xattab onu da bildirib ki, Cəmilə Əl Oyunları Sarayında konsert verəcək.


Geri qayıt