Əsas Səhifə > Ölkə > RÖVNƏQ ABDULLAYEVİN FUTBOL QUMARINDAKI BÖYÜK PAYI

RÖVNƏQ ABDULLAYEVİN FUTBOL QUMARINDAKI BÖYÜK PAYI


29-10-2012, 12:18
RÖVNƏQ ABDULLAYEVİN FUTBOL QUMARINDAKI BÖYÜK PAYI
NEFTİN PULU AZ İMİŞ...

Dünyada fəaliyyət göstərən totalizatorlar arasında ən aşağı əmsalları müştərilərinə təklif edən “Topaz” medianın suallarını cavablandırmaqdan yayınır. “Avrofutbol.com” saytının “Topaz”ın mətbuat üzrə səlahiyyətli nümayəndəsi Əziz Axundova göndərdiyi suallar cavabsız qalıb. Bu gün “Avrofutbol.com” “Topaz”-a ünvanladığı, amma cavab ala bilmədiyi sualları saytda yerləşdirib. Qumar şirkətinin cavab verməkdən boyun qaçırdığı suallar aşağıdakı kimidir (kiçik ixtisarlarla):

Sual 1: “Topaz” yaradılanda bildirmişdiniz ki, əmsallar dünya miqyasında tanınmış bukmekerlərin əmsalları əsasında müəyyən olunacaq. Hansı bukmekerlərin əmsallarını əsas kimi götürürsünüz?

Sual 2: Tanınmış bukmekerlərin hamısı həm öz saytlarında, həm də kontorlarda “Məsuliyyətli qumar” mövzusunda materiallar yerləşdirirlər. Niyə “Topaz” öz müştərilərinə qumarın təhlükələri barədə xəbərdarlıq etmir?

Sual 3: Azərbaycanda futbol qumarının səbəb olduğu intiharlar, cinayətlər və s. kimi hallar baş verməkdə davam edir. Bu istiqamətdə hansısa tədbirlər görməyi planlaşdırırsızmı?

Sual 4: “Topaz”ın xəbərdarlıqlarına baxmayaraq, azyaşlı uşaqlar pul qoyuluşu ilə məşğul olurlar. Bunun qarşısını almaq üçün hansısa effektli bir tədbir nəzərdə tululurmu?

Sual 5: Dünyanın tanınmış bukmekerlərində ən böyük dövriyyə məhz «sinql» adlanan bir nəticədən ibarət qoyuluşların payına düşür. «Topaz» isə böyük ölçüdə yalnız ən azı üç oyundan ibarət ekspress-kuponları qəbul edir. Burada məqsəd nədir?

Sual 6: Bukmeker fəaliyyətinin də qumar fəaliyyəti olduğu dəfələrlə isbat edilib və mərhum prezident Heydər Əliyev Azərbaycanda qumar fəaliyyətini qadağan edən sərəncam imzalamışdı. Amma Topaz Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Nazirlər Kabineti bu qərarla səlahiyyət həddini aşmayıbmı?

Sual 7: Əmsalları sizinlə müqayisədə çox olan BET365 bukmekeri rəsmən etiraf edib ki, onlarla qumar oynayanların yarısı tez-gec hesaba qoyduğu vəsaitin hamısını uduzur. “Topaz” isə vaxtaşırı iri uduşlar barədə xəbərlər yayır. Müştəriləriniz arasında iri həcmdə uduzanlar yoxdurmu? “Topaz” da BET365 kimi uduzanların statistikasını açıqlaya bilərmi?

***

Avrofutbol.com saytının yaydığı xəbərə görə, “Topaz”ın payçıları arasında ARDNŞ və AFFA prezidenti Rövnəq Abdullayev də var. Saytın yazdığına görə, AFFA prezidenti futbol-qumar şirkətində 38 faiz paya sahibdir. Qeyd edək ki, şirkətin nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olduğu bildirilir. \ Avrofutbol.com \

Geri qayıt