Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: GÜLƏR ƏHMƏDOVA ŞAHİD KİMİ DİNDİRİLİB
ŞOK: GÜLƏR ƏHMƏDOVA ŞAHİD KİMİ DİNDİRİLİB29-10-2012, 10:37 |
İSTİNTAQ ORQANLARI ONU VİDEOQALMAQALDA ŞAHİD KİMİ TANIYIBLAR DİA.AZ: - Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevun deputat olmaq üçün keçmiş deputat Gülər Əhmədovanın vasitəsi ilə yüksək vəzifəli dövlət məmuruna rüşvət çatdırması barədə sosial şəbəkələrdə yayımlanan video ilə bağlı bu gün G.Əhmədova şahid qismində dindirilib. Baş prokurorluğun mətbuat xidməti keçmiş deputatın şahid qismində dindirildiyini təsdiq edib. G.Əhmədova Bakı Şəhər Prokurorluğunda dindirilib. Belə ki, sentyabrın 25-də yayılmış videoda əks olunanlar Bakı Şəhər Prokurorluğunda araşdırılır. Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Videoda E.Abdullayev G.Əhmədovaya deputat olması üçün 500 min dollar verdiyini bildirir. G.Əhmədova isə daha 500 min dollar verməsini tələb edir. Video sosial şəbəkələrdə yayıldıqdan sonra keçmiş deputatın hərəkətləri geniş ictimai tənqidlərə məruz qalıb. G. Əhmədova deputat mandatından imtina edib. Müxalifət və çoxsaylı ictimai-siyasi xadimlər hökumətdən izahat tələb edib. Hüquq- mühafizə orqanlarından yalnız rüşvət faktına deyil, rüşvət yolu ilə hakimiyyətin mənimsənilməsinə hüquqi qiymət verilməsi tələb edilir. İctimai Palata isə oktyabrın 13-də parlamentin buraxılması tələbi ilə yürüş keçirəcəyini bəyan edib. Bununla yanaşı, YAP funksionerləri də G.Əhmədovanı tənqidə başlayıblar. Hətta onun həbsi tələb edilir. İqtidarda olan YAP-ın qurucularından deputat Eldar İbrahimov deyib ki, G. Əhmədovanı tezliklə Yeni Azərbaycan Partiyasından çıxarılması məsələsi həll edilməlidir. “Eyni zamanda prokurorluq orqanları G.Əhmədovanın barəsində həbs qətimkan tədbiri seçməlidir. Doğrusunu deyim ki, mən heç bir qadına belə şeylər rəva bilmərəm. Amma hər kəs qanun qarşısında cavabdehdir. Qanunu tapdalayan kəs qanun qarşısında cavab verməlidir. Belə adamların Yeni Azərbaycan Partiyasında olması partiyaya ləkə gətirir. Hətta bu cür hərəkət bizi beynəlxalq aləmdə biabır edir. Ona görə də qısa müddətdə bu biabırçılıqdan yaxa qurtarmaq üçün məsələni bitirmək lazımdır. Hesab edirəm ki, belə adamlar partiyanın imicinə eyni zamanda, parlamentin imicinə böyük ləkədir. Gülər Əhmədovanın bu addımları nə partiyamıza, nə də dövlətimizə hörmət gətirir”, - E.İbrahimov bildirib. YAP İcra katibinin müavini Səyavuş Novruzov deyib ki, G.Əhmədova YAP-ın sədr müavini, icra katibi Əli Əhmədovun haqqında bəzi şeylər yazır. “İnsan özünü bir tərəziyə qoymalıdır ki, kim kimdir, mən kimin haqqında nə yazıram, hansı hallarda bu söhbətləri mən apara bilərəm. İcra katibi Əli Əhmədov bütün Yeni Azərbaycan Partiyası üzvlərinin birmənalı fikrini ifadə edib. Mən hətta deyərdim ki, millət vəkili Əli Əhmədov cəmiyyətimizin mövqeyini ifadə edib. YAP-ın sədr müavini Əli Əhmədovun fikrinə şərh verməyə birinci qabiliyyət, ikinci düzlük lazımdır. Bu keyfiyyətlərə malik olmayan insanlar özlərini ortaya atmasınlar”, - o vurğulayıb. Xatırladaq ki, bu günlərdə G. Əhmədova Facebook səhifəsində YAP icra katibini “Xoruz baba” deyə tənqid edib. Geri qayıt |