Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOV ORTA MƏKTƏBLƏRDƏ KİTAB SATDIRIR
MİSİR MƏRDANOV ORTA MƏKTƏBLƏRDƏ KİTAB SATDIRIR29-10-2012, 10:19 |
HƏR ŞAGİRDDƏN ALINAN ƏLAVƏ 80 MANAT KİMLƏRİN CİBİNƏ GEDİR? DİA.AZ: - Misir Mərdanovun hələ də təhsil naziri postunda saxlanılmasını yalnız bu cümlələrlə ifadə etmək olar: «Dünya Birliyi hələ də bu haqsızlığa dözür»… Bəli, məhz haqsızlığa. Çünki başından Azərbaycanda təhsil işini bərbadlaşdıran və təhsil müəssisələrini korrupsiya yuvasına çevirən Misir Mərdanovun nəzarəti altında olan orta məktəblərdə əgər hər şagirdə gəlir gətirən bir dükan kimi baxılırsa, ali məktəblərdə hər tələbəyə bir gəlir verən obyekt kimi yanaşılırsa, deməli, bu ölkədə təhsilin səviyyəsindən yox, səviyyəsiz maariflənmədən danışmaq daha doğru olar. Elə DİA.AZ-a müraciət edən bir qrup valideynin şikayəti də bu barədədir. Qeyd edək ki, şikayətçilər məlum səbəblərdən anonimliklərinin qorunmasını istədilər və eyni zamanda şikayətçi olduqları orta məktəbin da adının çəkilməməsini xahiş etdilər. Biz də onların ricasını qəbul etdik. Amma əgər yazdığımız faktlar mübarək təhsil nazirliyini və müvafiq dövlət qurumlarını maraqlandırarsa, o zaman dolğun bilgiləri təqdim etməyə hazırıq. Beləliklə, şikayətçi valideynlər bildirirlər ki, bu gün Misir Mərdanovun «ibtidai siniflərdə iş dəftərləri ləğv olunub» deməsi heç bir əhəmiyyət daşımır: «Yenə də qalaq-qalaq iş dəftərlərini bizə aldırırlar. Hər biri 4 manatdan 10 iş dəftəri almışıq. Bu da azmış kimi ayrıca olaraq 4 alternativ dərsliyə də hər biri 10 manatdan pul yığıblar. Amma maraqlı burasıdır ki, müəllim həmin dərsliklərdən istifadə etməycəklərini, lakin təhsil nazirliyindən məsləhət görüldüyü üçün onların alınmasını aşkar surətdə deyib». Yəni buradan belə bir nəticə çıxır ki, Misir Mərdanov istədiyi müəlliflərin kitablarını obyekt kimi baxdığı orta məktəblərdə zorlə şagirdlərə satdırır, halbuki həmin dərsliklərdən heç bir zaman istifadə olunmayacaq. Bunlar bir yana, narazı valideynlər bildirirlər ki, müəllim həmçinin həm sinif üçün və həm də ümumi məktəb üçün ayrıca olaraq fondpulu yığdırır: «Biz başa düşə bilmirik ki, həmin pullar hara gedir? Çünki sonradan başqa xzərclər üçün də bizdən pul yığırlar. Bəs fondpulu nə üçün nəzərdə tutulub?» Qeyd edək ki, valideynlər əlavə faktları da açıqlayıblar ki, bu barədə yaxın günlərdə sizləri məlumatlandıracağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |