Əsas Səhifə > Siyasət, Manşet > HANSI MƏMUR HANSI MƏMURU PULLA BASDIRA BİLƏR?

HANSI MƏMUR HANSI MƏMURU PULLA BASDIRA BİLƏR?


29-10-2012, 09:00
HANSI MƏMUR HANSI MƏMURU PULLA BASDIRA BİLƏR?
SƏRVƏTLƏRİ İLƏ GÖZ ÇIXARAN OLİQARX-MƏMURLARIMIZ HAQDA ARAŞDRIMA

DİA.AZ: - Bizdə başqalarının pulunu saymaq hər zaman dəbdə olub. Elə DİA.AZ olaraq bizlər də təbirimizə xilaf çıxmaq istəmədik. «Azərbaycanda kim daha varlıdır?» - sualının hər zaman aktual olduğunu nəzərə alaraq bu suala cavab axtarmağa çalışdıq və ilkin araşdırmalarımız maraqlı nəticələri ortaya çıxartdı.

Beləliklə, DİA.AZ-ın bir sıra ekspertlərin nəzərləri ilə apardığı araşdırmalar ortaya bunları çıxardı. Nəzərimizcə, Azərbaycanda ən varlı insanlar dövlət qulluğunda çalışan insanlardır və onlara hazırda Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərov rəhbərlik edir. Onun Azərbaycanda və Azərbaycandan kənarda daşınmaz əmlakıda daxil olmaqla sərvəti 25 milyard ABŞ dolları civarında hesablanır.

Kəmaləddin Heydərovun tikinti biznesi ilə yanaşı istehsallada məşğul olması onun sərvətini ciddi şəkildə artırıb. Təsadüfi deyil ki, bu gün Kəmaləddin Heydərovun əlində böyük iqtisadi rıçaqlar var və hətta həmin rıçaqları hesabına FHN şefinin iqtisadi təzyqiqləri siyasi dividentlərə çevirdiyi də iddia olunur.

Siyahı da ikinciliyini qoruyan isə Nəqliyyat Naziri Ziya Məmmədovdur. Ziya Məmmədovun daşınmaz əmlakıda daxil olmaqla ümumi sərvəti 10-12 milyard ABŞ dolları civarında hesablanır. Amma Ziya Məmmədovun biznesinin böyük bir hissəsinin Rusiyada olması, burada önəmli rol oynayır. Yəni bildirilir ki, Ziya Məmmədov əgər vəzifədən gedərsə, o zaman onun iqtisadi baxımdan itkiləri o qədər də böyük olmayacaq və nazirin hazırda ən böyük iqtisadi zühuru kimi qəbul olunan “ZQAN” Holdinqin “evakuasiyası” o qədər də böyük zaman tələb etməməklə yanaşı, az itki ilə müşahdiə olunacaq.

HANSI MƏMUR HANSI MƏMURU PULLA BASDIRA BİLƏR?

Siyahıda üçüncülük Bəylər Əyyubova məxsusdur ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavinin ümumi sərvətinin 5-6 milyard ABŞ dolları arasında olduğu söylənilir. Sonrakı yerləri isə Cahangir Aslanovla Rövnəq Abdullayev öz aralarında bölüşdürülür. Onlarında sərvətinin 3-4 milyard ABŞ dolları civarında olduğu təxmin edilir. Bununla bağlı daha maraqlı araşdırmalarımızı və məmurların gəlir mənbələrini yaxın günlərdə nəzərinizə çatdıracağıq.

Onu da bildirək ki, son günlər Rusiyadakı oliqarxlarımızın fəallaşması fonunda ortaya belə bir sual da çıxıb: Kim daha zəngindir: Azərbaycanda olanlar, yoxsa Azərbaycandan kənarda olan soydaşlarımız? İrəlidə bu suala da aydınlıq gələ bilməsi üçün araşdırma aparcağıq. Bizi izləməkdə davam edin.

Geri qayıt