Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: RƏSUL QULİYEV YENİDƏN EVLƏR YIXMAQDADIR

ŞOK: RƏSUL QULİYEV YENİDƏN EVLƏR YIXMAQDADIR


29-10-2012, 08:47
ŞOK: RƏSUL QULİYEV YENİDƏN EVLƏR YIXMAQDADIR
İNDİ DƏ KEÇMİŞ SPİKERƏ OFİSİNİ KİRAYƏ VERƏNİN KİTABI BAĞLANIR

DİA.AZ: - Bir müddət əvvəl verilən məlumatlardan aydın oldu ki, öz mülkünü hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin təşkilatına icarəyə verən Azər Əsgərovun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutan iki qardaşı - Abbas və Yavər Əsgərovlar iki-üç gün öncə FHN başçıçı Kəmaləddin Heydərovun əmri ilə tutduqları vəzifələrdən azad olunublar. Məlumatın davamında bildirilir ki, onların fəaliyyətləri ciddi şəkildə araşdırılır, hər ikisini həbs olunması ehtimalı da yüksəkdir.

Qeyd edək ki, Abbas, Yavər və Azər Əsgərovlar FHN başçısının müavini Orucəli Hacıyevin qayınlarıdır.

Xatırladaq ki, Açıq Cəmiyyət Partiyasının Nərimanov rayonu ərazisində («Şuşa» restoranının və «Şərq» bazarının yaxınlığında) icarəyə götürdüyü iki mərtəbəli ofisin sahibi nazir müavini Orucəli Hacıyevin qayınıdır. Əvvəllər bu mülk Orucəli Hacıyevin özünün olub. Sonra onu qaynı Azər Əsgərova pay verib.

Kəmaləddin Heydərov, Azər Əsgərov və onun böyük qardaşları Abbas və Yavər Əsgərovlar Naxçıvanda vaxtilə bir binada yaşayıblar. Məhəllə uşaqları olmaqdan ziyadə möhkəm dostdurlar. Abbas Əsgərov sovet dövründə uzun müddət Mərkəzi Komitədə işləyib. Sonra isə Naxçıvan MR-in milli təhlükəsizlik naziri olub. Abbas Əsgərov təqaüdə ayrıldıqdan sonra Kəmaləddin Heydərov onu FHN-də önəmli posta gətirib. Yavər Əsgərov isə Kəmaləddin Heydərov Gömrük Komitəsi sədri olduqda onu Sumqayıt şəhər Gömrük İdarəsinin rəisi, sonra isə FHN-in ən böyük idarəsinin rəisi vəzifələrinə irəli çəkib. Azər Əsgərov isə 1996-cı ildən bu yana Türkiyədə yaşayır.

Az əvvəl verdiyimiz məlumatda isə qeyd olunurdu ki, Rəsul Quliyevlə FHN şefinin Türkiyədəki bir nömrəli adamı hesab olunan Azər Əsgərovun Türkiyənin paytaxtı Ankara şəhərində «Rixsos» otelinin restoranında məxfi görüşü də baş tutmuşdu ki, həmin görüşlə bağlı hələ də tərəflərin hər hansısa biri açıqlama vermir. Və görünür ki, son baş verənlər, yəni FHN şefinin Rəsul Quliyevlə olan bağlarını qırma cəhdləri də məh-z Ankaradakı görüşün ifşa olunması ilə əlaqədardır.

Bu gün isə redaksiyamıza olduqca maraqlı məlumat daxil olub. DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, artıq Azər Əsgərov artıq vəziyyətin bu şəkildə gərginləşdiyini gördüyündən Rəsul Quliyevə icarəyə verdiyi obyoktini Türkiyədə 2 milyon ABŞ dollarına satışa çıxarıb.

Qeyd edək ki, araşdırmalarımız nəticəsində bu faktın həqiqət olduğu bir daha təsdiqləndi və Türkiyənin əmlak satışı ilə məşğul olan məşhur portallarından birində «sahibinden.com» saytında Rəsul Quliyevin partiyasının yerləşdiyi binanın satış elanı yerləşdirilib. Qeyd edək ki, həmin satış elanı aşağıdakı mətnlə və bir neçə foto ilə təqdim olunub:

ŞOK: RƏSUL QULİYEV YENİDƏN EVLƏR YIXMAQDADIR

«Azerbaycan bakü nerimanov bölgesinde Şehir merkezinde Satılık Müstakil villa.Fotolar eski fotolardır önceki kiracılar restoran olarak işletmişlerdir. Şu andaki kiracılar Azerbaycan Siyasi Muhalifet Partisi Azerbaycan genel merkezidir . Aylık kira geliri 7.000 $ dır. 2 senelik sözleşmemiz vardır.Türkiyede araba + gayrimenkul ile takas olur. satışa hazır durumdadır. tek tapudur».

Hər halda, belə bir elanın yerləşdirilməsi artıq Rəsul Quliyevlə işbirliyində olan şəxslərin iflası anlamına da gəlir. Amma düşdükləri situasiyadan məhz Azərbaycandakı bizneslərini çıxarmaqla qurtarırlarsa, o zaman şükür etməlidirlər. Çünki 7 il öncə - keçmiş səhiyyə naziri Əli İnsanovla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Rəsul Quliyevlə ortaqlıqlarının sayəsində azadlıqlarını belə itirməli oldular.


RƏSUL QULİYEVİN GÜDAZINA GEDƏN OFİS BURADA SATILIR - FAKT!!!!
Geri qayıt