Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIN ANTİKORRUPSİYA KABUSU
MƏMURLARIN ANTİKORRUPSİYA KABUSU28-10-2012, 14:07 |
İQTİDAR YENİ SEZONDA KİMLƏRLƏ VİDALAŞIR? HANSI QÜVVƏLƏRİ VURUR? DİA.AZ: - Hələ bir müddət əvvəl prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə üzərə daha üç illik müddətə fəaliyyət proqramını təsdiqlədi. Proqramın təsdiqlənməsinin ardından açıqlamaları yayılan ekspertlərin rəylərindən belə aydın olurdu ki, nəzərdə tutulan fəaliyyət proqramı daha 3 illik müddətə antikorrupsiya tədbirlərinə rəvac vermiş olacaq. Və daha çox ehtimal olunanı o idi ki, növbəti 3 il ərzində hakimiyyət orta və xırda ranqlı məmurların budanmasından daha yox, iri ranqlı məmurların müstəvisində də korrupsiyaya qarşı mübarizəsini davam etdirəcək. Bununla bağlı DİA.AZ-a açıqlama verən Nazirlər Kabinetindəki mənbə isə məlum gözləntiləri fərqli şəkildə izahlayıb: «Əslində korrupsiyaya qarşı yeni fəaliyyət proqramının icrası daha çox hakimiyyətiçi münasibətlərin aydınlaşması fonunda özünü nəzərə çarpdıracaq. Yəni doğrudur, həqiqətən də bu dəfəki antikorrupsiya sezonunda iriranqlı çinovniklər hədəfə alınacaq. Amma burada korrupsiyaya qarşı mübarizə prinsipi yox, daha çox iqtidariçi mövqelər uğrunda mübarizə faktoru qabaracaq». «Kimlər hədəfə alına bilər» sualımızın cavabında isə mənbəmiz bildirdi ki, son günlərin olayları əsas hədəfin kim olduğunu aydın edir: «Elə zərbələr də eyni istiqamətə yönlənəcək. Ola bilsin ki, hətta bu gün hakimiyyət adından danışan şəxslər belə qatı korrupsioner kimi həbsə atılsın. Hər halda, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı məsələdən fərqli olaraq, bu gün həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovu kabinetində qollarını qandallayana qədər hər kəs iqtidarın əsas danışan simalarından biri kimi qəbul edirdi. Yəni heç bir yöndə keçmiş səhiyyə nazirinin «vurulacağı» və bu şəkildə çıxdaş ediləcəyi hiss olunmurdu». Mənbəmiz onu da bildirdi ki, korrupsiyaya qarşı yeni sezonun icra ili kimi 2012-2015-ci illər göstrilsə də, əsas hadisələr yanvar ayından start götürəcək. Geri qayıt |