Əsas Səhifə > Hadisə > SALYANDA AĞIR YOL QƏZASI
SALYANDA AĞIR YOL QƏZASI28-10-2012, 12:53 |
BİR AİLƏNİN ÜÇ ÜZVÜ YARALANDI, BİRİ ÖLDÜ Salyanda baş verən ağır qəzada bir ailənin dörd üzvü xəsarət alıb, onlardan biri xəstəxanada ölüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Hadisə Ələt-Astara magistral yolunun 24-cü kilometrliyində - Salyanın Kürsəngi kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayonunun Adnalı kənd sakini, 54 yaşlı Zaur Əli oğlu Əliyevin idarə etdiyi BMW markalı maşın Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobil yararsız hala düşüb. Qəzada sürücü, sürücünün həyat yoldaşı, 25 yaşlı Röyalə Məmmədova, bacısı 29 yaşlı Elnarə Əliyeva və 5 yaşlı oğlu Kamran Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən Elnarə Əliyeva yolda dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Geri qayıt |