Əsas Səhifə > Gündəm, Manşet > BEYLƏQANDA FÖVQƏLADƏ VƏZİYYƏT ŞƏRAİTİ

BEYLƏQANDA FÖVQƏLADƏ VƏZİYYƏT ŞƏRAİTİ


28-10-2012, 12:43
BEYLƏQANDA FÖVQƏLADƏ VƏZİYYƏT ŞƏRAİTİ
ƏNDİŞƏ İÇİNDƏ OLAN MƏKTƏB DİREKTORLARI KİMİ GÜDAZA VERƏ BİLƏR?

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumata görə, iki aydan artıqdır ki, Beyləqan məktəblərində maliyyə yoxlamaları aparılır. Bu barədə DİA.AZ-a danışan rayondakı qaynaq iddia edir ki, bir çox məktəb direktorları təşviş içindədirlər və əhvallarının əsla bayram ruhiyyəsində olmadığı bildirilir.

Mənbənin söylədikləri: “Onların bir neçəsinin yuxusunun ərşə çəkildiyi, gecələr sayıqlayaraq Cinayət Məcəlləsinin maddələrini sayıqladıqları barədə söhbətlər dolaşır. Canlarına üşütmə düşən direktorlar dərs saatlarını kəsib-doğradıqları müəllimlərlə bu ərəfədə şikayət etməsinlər deyə mülayim rəftar etdikləri, işlərini yola vermək üçün özlərinə məsum görkəm verməyə çalışdıqları haqda da söhbətlər dolaşır. Sözün düzü, müəssisə rəhbərlərinin “kürkünə birə salan” səbəb ötən ilin əvvəlindən başlayaraq davamlı sürətdə həyata keçirilən antikorrupsiya tədbirləridir”.

Mənbəmiz bildirir ki, Beyləqanda yaranmış gərginliyin fonunda məktəb direktorları yoxlama komissiyalarını tovlamaq üçün, düşdükləri naqolay vəziyyətlərdən çıxmaq üçün müxtəlif bəhanələr fikirləşirlər: “Məsələn, direktorlar əmr kitabçaların, xəstə uşaqların jurnallarının itdiyini bəyan edir. Yaxud, necə olur ki, on dörd nəfər sinif müəllimi olduğu halda xəstə uşağa dərs verilməsi digərlərinə- xarici dil, biologiya v.s. fənn müəllimlərinə tapşırılır. Məgər direktor həmin dərsləri sinif müəllimlərinə verə bilməz?

Dərnək və fakultətiv məşğələlərin jurnallarının da yoxa çıxması heç ağla batan görünmür. Belə “tutarlı” bəhanələr əsasən şəhər 5 saylı məktəbin direktorunun söz dağarcığından çıxıb”. Qeyd edək ki, adı çəkilən məktəbin və direktoru Gülağa Atakişiyev haqqında əvvəlki günlərdə də müxtəlif dərgilərdə tənqidi yazılar dərc olunub.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov bütün bu baş verənlərdə əsas narahatçılıq keçirən şəxsdir: «Elə bütün proseslər də onun özünün birbaşa olaraq məsuliyyətə cəlb olunmasına hesablanıb. Çünki əndişə içində olan məktəb direktorlarından bəziləri artıq Tofiq Sadıqovun əleyhinə ifadələr veriblər».

Geri qayıt