Əsas Səhifə > Siyasət, Manşet > DEPUTATIN MANDATININ LƏĞVİ ÜÇÜN KAMPANİYA

DEPUTATIN MANDATININ LƏĞVİ ÜÇÜN KAMPANİYA


28-10-2012, 11:29
DEPUTATIN MANDATININ LƏĞVİ ÜÇÜN KAMPANİYA
GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZ HƏLƏ DƏ DOĞRU HƏDƏFƏ VARA BİLMİRLƏR

DİA.AZ: - “Azər Süleymanov deputat kimi geri çağrılmalıdır”. Bunu DİA.AZ-a Borçalı Milli Hərakatının Sədri İsmayıl Qacar açıqlayıb. O qeyd edib ki, Marneulidən majoritar yolla deputat seçilmiş Azər Süleymanovun Gürcüstan Parlamentindən geri çağrılması üçün Borçalı Milli Hərakatı (BMH) və Gürcüstan Türkləri Konfederasiyası (GTK) artıq imza toplama kampaniyasına start verib.

İsmayıl Qacar daha sonra açıqlamasında bildirir: “Biz mütləq Azər Süleymanovun mandatını ləğv etdirəcəyik. Birincisi, bu adamın namizədliyini xalq yox, eks-spiker David Bakradze və Milli Hərakat Partiyası irəli sürüb. Digər tərəfdən isə seçkidə saxtalaşdırma yolu ilə seçilib. Lakin bunlar önəmli deyil. Önəmli olan odur ki, Gürcüstan Konstitusiyasına və Seçki Məcəlləsinə görə 10.000 vətəndaşın imzası deputaı geri çağırmaq üçün konstitusion əsas yardır.

Biz bu hüquqi mexanizmdən istifadə edəcəyik. Azər Süleymanov digər tərəfdən gürcü dilini bilmir və Konstitusiyaya görə o, parlamentə otura bilməz. Bu mexanizmdən də Azər Süleymanova qarşı Gürcüstan Konstitusiya Məhkəməsində istifadə olunacaq. Azər Süleymanov deputat kimi geri çağrılmalıdır”.

Hər halda Gürcüstanda yaşayan soydaşlarımızın daha çox mandat uğrunda deyil, özlərindən birinin mandatının ləğv edilməsi uğrunda mübarizə aparmaları o qədər də ürəkaçan mənzərə hesab olunmur ki, bu da bizlərin bir millət olaraq hələ də hədəflərimizi müəyyən etməkdə nə qədər çətinlik çəkdiyimizin təzahürüdür.

Geri qayıt