Əsas Səhifə > Güney Press / Manşet > TƏRTƏRİN İCRA BAŞÇISI 1 İLƏ 600 MİN MANAT...
TƏRTƏRİN İCRA BAŞÇISI 1 İLƏ 600 MİN MANAT...24-10-2012, 17:51 |
![]() DİA.AZ: - 2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən Ceyhun Cəfərovun karyerası təhlükəli nöqtəyə qədəm qoyub. Bu barədə məlumatı DİA.AZ-a rayondakı qaynaqlar verib. Mötəbər mənbənin söylədiklərindən belə aydın olur ki, son zamanlar rayondakı korrupsiyai və rüşvət halları ilə bağlı, xüsusən də rayon təhsil idarəsində və Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsində baş verən qanunsuzluqlarla əlaqədar bir sıra dövlət qurumlarına ardıcıl təşkil olunan kampramat xarakterli şikayət məktubları, nəhayətdə Ceyhun Cəfərov üçün başağrısına çevrilib. Mənbə bildirir ki, rəqibləri Ceyhun Cəfərovun fəaliyyəti barəsində В«yuxarılardaВ» mənfi rəy yarada bildiklərindən hətta onun vəzifəsindən alınması məsələsi də gündəmə gəlib: В«Doğrudur, o, vəzifəsində yenidir. Amma Şəkinin keçmiş icra başçısı da görəv başında heç bir ilini tamamlaya bilmədiВ». Mənbəmiz bildirir ki, konkret olaraq icra başçısının adı təxminən 600 min manatlıq büdcə pulunun yoxa çıxmasında hallandırılır. Həmin vəsaitin bir hissəsi isə rayon təhsil idarəsinin iştirakı ilə mənimsənilib. Hər halda, bir il ərzində bu qədər vəsaiti ələ keçirməyin özü də böyük fərasət tələb edir. Geri qayıt |