Əsas Səhifə > Güney Press / Manşet > MOSKVADAN XƏBƏR VAR: ABBAS ABBASOV ÜATİ-DƏN AYRILIR

MOSKVADAN XƏBƏR VAR: ABBAS ABBASOV ÜATİ-DƏN AYRILIR


24-10-2012, 16:16
MOSKVADAN XƏBƏR VAR: ABBAS ABBASOV ÜATİ-DƏN AYRILIR
DİA.AZ: - Bir neçə gün əvvəl yaranmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı dağıla bilər. Rusiyadakı qaynaqlardan DİA.AZ-a ötürülən informasiyada deyilir ki, təşkilatın rəhbərliyində ciddi fikir ayrılığı yaranıb və hətta dünən axşam saatlarında ÜATİ-nin rəhbəri kimi təqdim olunan Azərbaycanın baş nazirinin keçmiş müavini Abbas Abbasovla prosesdə xüsusi fəallığı ilə diqqətə gələn В«AzərrosВ»un prezidenti Söyün Sadıqov arasında mübahisə də yaranıb.

Mənbəmiz bildirir ki, Söyün Sadıqova qarşı ittihamlar irəli sürən Abbas Abbasov vəziyyətin bu qaydada davam etdirilməsinin mümkünsüzlüyünü də vurğulayıb: В«Baş nazirin keçmiş müavini bildirib ki, ÜATİ ilə bağlı mətbuata məlumat axını durdurulmalıdır və fəaliyyət qabaqcadan razılaşdırıldığı kimi dondurulmalıdır. Amma buna rəğmən Söyün Sadıqov açıqlamaların mətbuata ötürülməsində qəbahət görmədiyini bildiribВ».

Mənbəmiz bildirir ki, bununla razılaşmayan Abbas Abbasov təşkilatdan ayrıla biləcəyini də söyləyib: В«Abbas Abbasov prezidentdən görüş istəyib. Və görüşdə verilən qərara uyğun olaraq addımını atacaq. Ola bilsin ki, görüşə qədər istefa versin»…

Geri qayıt