Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: ZORLANAN 17 YAŞLI QIZ İNTİHAR ETDİ
ŞOK: ZORLANAN 17 YAŞLI QIZ İNTİHAR ETDİ9-11-2011, 12:45 |
ZÜLFİYYƏNİ SATAN QULDURLAR İSƏ AZADLIQDADIR DİA.AZ: - 5 noyabr 2011-ci il axşam radələrində 17 yaşlı Ucar rayon sakini Rüstəmova Zülfiyyə ona qarşı olan zorakılıqlara tab gətirməyərək intahara cəhd edib. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda bildirilir. Belə ki həmin gün o, Ağdaş rayonunda xalası evində mətbəxə keçərək qarın nahiyəsinə 3, ürəyindən isə 1 bıçaq zərbəsi vuraraq intihar edib. Qohumları onu dərhal Ağdaş Mərkəzi Rayon xəstəxanasına yerləşdiriblər. Daha sonra komadan ayılmayan xəstəni Bakı şəhərinə aparsalar da, 8 noyabr 2011-ci il tarixdə dünyasını dəyişib. Redaksiyamızı bilgiləndirən hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə, Zülfiyyə Türkiyəyə satılmış qızların arasında olduğu müddətdə onlardan xilas olması üçün kömək diləmişdi: “Həmin vaxt Zülfiyyə bildirmişdi ki, onları əlində saxlayan şəxs Mürsəlova Səadət Həkim qızı və bir neçə polis əməkdaşlarıdır. O, bu günə qədər Türkiyə və Dubaya çoxlu sayda qızlar yola salıb. Hal-hazırda da biz 7 nəfərik. Bizdən 3 nəfər isə bu işə məcbur olunmuşuq. Və sonra onlarla birlikdə olan qızların adlarını belə saymışdı: Agdaşdan Səkinə, Cəmilə, Günel, İsmayıllıdan Gülşən, Şirvandan Nazpəri, Ucardan Nuranə, Nazilə, Mingəçevirdən Günay. Zülfiyyə mənimlə telefon əlaqəsi saxlayaraq onu öldürəcəklərini qeyd etmişdir. Mən ona polis şöbəsinə gedib şikayət verməsi üçün təkliflər etsəm də Zülfiyyə bu addımı atmaq üçün tərəddüd edirdi. O bildirir di ki, mən polislərə güvənmirəm. Nə vaxt bizi ora-bura aparırlarsa yanımızda polislər olur. Həmçinin qeyd edirdi ki, mənim əlimdə onlardan videoçəkilişlər var, həm də çox sirrlərini bilirəm deyə məni sağ buraxmayacaqlar. Zənglərində onu da deyirdi ki, siz bizim izimizə düşən kimi ev sahibələrinə zənglər gəlir və bizim yerimizi dəyişirlər və ya Ağdaş polisi kimi yalançı axtarış edirlər. Biz saxlanılan otağa qəsdən baxmadan sizi də başlarından edirlər. Göyçayda Adil Mahmudovun ona hər gün narkotik vurduğunu da mənə və digər şəxslərə dəfələrlə bildirmişdi. Göyçy polisi də həmçinin həmin şəxsdən heç bir ifadə almadan bu məsələyə laqeyd münasibət bəsləmişdilər”. Hadisə ilə bağlı danışan qızın anası Rüstəmova Ülviyyə Rüstəm qızının sözlərinə görə, sentyabr ayının əvvələrində Ağdaşın Dəhnə kənd sakini Səkinə və Göyçay rayon sakini Mürsəlova Səadət qızımı Türkiyəyə satmaq üçün ona 1500 manat təklif ediblər və o da bunu rədd edib: “Bundan sonra mənə dəfələrlə təzyiqlər göstərdilər və məni və qızımı ölümlə hədələdilər. Ucar rayonunda qeyd olunan cinayət hadisələrini ifşa etdiyim üçün qızım Zülfiyyəni 9 sentyabr 2011 ci il tarixdə qaçırmaqla oğurladılar”. Nəzərinizə çatdıraq ki, Rüstəmova Zülfiyyə Ədilə adlı Ucar sakinin evində olub. Ədilə tərəfindən bu ilin 7 sentyabr tarixində İsmayıllı rayonuna aparılıb. Rayonda onları Səlim adlı İsmayıllı rayon polis şöbəsinin əməkdaşı qarşılayıb yanlarında bir neçə nəfər şəxslər də olub. İsmayıllı rayon bazarının yanında yerləşən Qafqaz restoranında yeyib içdikdən sonra qızıma əxlaqsız təkliflər edib və zorlayıblar. Hətta damarına narkotik maddə də vurublar. Anası bildirir ki, qızı bunlarla razılaşmadığı üçün onu döyüb və bədənin müxtəlif nahiyyələrinə ö cümlədən boğaz hissəsinə bıçaqla xəsarətlər yetiriblər: “Qızım birtəhər qaçaraq canını qurtarıb. Həmin vaxt mən Bakıda olduğumdan hadisədən gec xəbər tutmuşdum. Qızın üstündə iz qoyduqları üçün narahat olan banda üzvləri sentyabr ayının 27-i məni Bakıda axtarıb taparaq döyüblər və deyiblər ki, söhbəti açsan qızı üzə çıxarsan səni öldürəcəyik. Ucarda adıgedən mütəşəkkil cnayətkar dəstənin üzvü olan uşaq və qadın alverçisi Quliyeva Gülarəxanımın (mamaroza) qızı Kəmalə və 10 cu polis bölməsinin əməkdaşı Elxan adlı şəxs tərəfindən döyülərək təzyiqlərə və təhqirlərə məruz qalmışam. Kəmalə İnsan Alveri ilə məşğuldur”. Oktyabr ayının 2-si Rüstəmova Zülviyyə aldığı xəsarətlərdən vəziyyəti ağırlaşdığı üçün Respublika Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib. Oktyabrın 5-də Həmin xəstəxanadan yaxın qohumları ilə birlikdə ağdaş rayonuna gətirilən Rüstəmova Zülfiyyə qadın alveri ilə məşğul olan dəstə tərəfindən qaçırılıb. Daxili İşlər Nazirliyinə və Ağdaş Rayon Polis Şöbəsinə məlumat verilsə də 5 tapılmamışdı, Ağdaşda polislər nə Zülfiyyəni nə də ki, digər qızları tapmaq üçün maraq göstərmişdilər. Əvvəllər hadisə ilə bağlı Ucar, Göyçay və Ağdaş rayon polis şöbələrinə və prokurorluğuna məlumat verilib. Ucar rayon polis şöbəsinin rəis müavini İlham Əhmədov onlara əxlaqsız təkliflər edərək bildirib ki, “bizə işləməsən” sənə kömək edə bilməyəcəyik. Zülfiyyə Göyçayda gizlədildiyi müddətdə də axtarışlar nəticə vermədi. Orada da jurnalist Adil Mahmudov qıza narkotik vurmaqla onu müxtəlif ünvanlarda gizlətmişdi. Ağdaş rayonunda olduğu müddətdə onu polislərin köməyi ilə müxtəlif yerlərdə gizlətməklə cinayətkar dəstənin əməllərini ört-basdır etməklə məşğul oldular. İsmayıllıda isə mənə məlum olan polis əməkdaşları Arzu Mahmudov və Səlim qadın alveri ilə məşgul olan dəstəyə yaxından köməklik göstərirlər. Dubyda isə qızları qəbul edən şəxs Ucar rayon Qarabörk kənd sakini İbad adlı şəxsdir. Olaylarla bağlı 3 aydır ki, Respublika prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məlumat verilsə də nəticəsi olmayıb. Taleh Xasməmmədov bu dəfə qeyd edir ki baş verən cinayət hadisəsi ilə bağlı hüquq mühafizə orqanlarının hər hansı ciddi addım atacığına inanmadığı səbəbindən müraciət də etməyəcəkdir. Geri qayıt |