Əsas Səhifə > Güney Press / Manşet > ABŞERONDA QUDALARIN TORPAQ BİZNESİ
ABŞERONDA QUDALARIN TORPAQ BİZNESİ23-10-2012, 18:13 |
![]() DİA.AZ: - Abşeronun icra başçısı Zakir Fərəcov və onun qudası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin torpaq “alveri” ilə bağlı ölkə mediasında kifayət qədər yazılıb. DİA.AZ-a qudaların şərikli torpaq biznesinin qaranlıq tərəfləri barədə məlumatlar daxil olub. Məlumatlara görə, Zakir Fərəcov və onun qudası Mehdi Səlimzadə bir müddər əvvəl sən demə Abşeronun Ceyranbatan qəsəbəsini ata malı kimi satıblar. Bildirilir ki, qudalar qəsəbədəki strateji əhəmiyyət kəsb edən binaların və qurğuların yerləşdiyi əraziləri qarış-qarış sataraq, milyonlar gəlir əldə ediblər. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, sözügedən qəsəbədə hərraca çıxarılması qadağan olunmuş torpaqlar fiziki vətəndaşlara saxta sənədlər əsasında satılıb. Belə ki, həmin ərazilər siyahısında Bakı-Novorosiysk neft kəmərinin mühafizə zonası, neft kəmərinin üstü, beynəlxalq əhəmiyyətli telefon kabel maqistral xəttinin üstü və mühafizə zonası daxildir. Mənbə bildirir ki, Abşeron kanalının sanitar mühafizə zonası, 1 saylı orta məktəbin və 1 saylı uşaq bağçasının ərazisi, Ceyranbatan qəsəbəsini istiliklə təmin edən qazanxananın yerləşdiyi ərazilər də satılıb. Qəsəbəni tamamilə “özəlləşdirən” icra başçısı və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi daha da irəliyə gedərək Ceyranbatan həkim ambulatoriyasının bir hissəsini, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sərəncamında olan tikintisi yarımçıq qalmış çoxmərtəbəli yaşayış binasını da satıblar. Ən dəhşətlisi odur ki, siyahı bununla bitmir. Məlumata görə, “Azərsutikinti” Səhmdar Cəmiyyətinə məxsus ikimərtəbəli inzibati binanın sanitar mühafizə zonası, yüksək gərginlikli hava elektrik xətlərinin və yüksək gərginlikli yeraltı kabellərin sanitar mühafizə zonası da qudaların torpaq biznesinə daxildir. Bununla belə, torpaq alverində təkcə Z.Fərəcov və M.Səlimzadə pay sahibi deyil. Dövlət Neft Şirkətinin (ARDNŞ) neft kəmərlərinin mühafizə idarəsinin əməkdaşlarının da ərazidə müəyyən payı var. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz baş tutmadığından adları çəkilən şəxslərin dinləməyə hazırıq. Araşdırmamız davam edir. Bizi izləyin... Geri qayıt |