Əsas Səhifə > Güney Press / Manşet > MƏMURLARIMIZIN VİRTUAL HƏCC ZİYARƏTİ
MƏMURLARIMIZIN VİRTUAL HƏCC ZİYARƏTİ23-10-2012, 14:45 |
![]() CAVİD QURBANOVUN ADAMI NECƏ PUL QAZANIR? DİA.AZ: - Qarşıdan gələn qurban bayramı hər bir müsəlmanın içinə bir fərəhlik gətirir. Və bu bayramı imkanı olan inanclı insanlar müqəddəs ziyarətgahlarda keçirərək Allahın adına qurbanlar kəsirlər. Təbii ki, bunu hər kəs bilir. Amma bilmədiyimiz həm də virtual qurbanların olması imiş. Yəni sifarişlə kəsilən qurbanlar. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, təxminən 50-yə yaxın azərbaycanlı məmur müqəddəs Məkkədə qurban kəsilməsi üçün 500 manat pulundan keçib. Məlumatı verən mənbə bildirir ki, Məkkəyə В«AzəryolservisВ» ASC-nin prezidenti Cavid Qurbanovun yaxın adamlarından biridir: В«Həmin şəxs yerli məmurlarımızdan 500 manatdan pul yığır və sonra da onların adına Məkkədə qurban kəsdirir. Bununla da məmurlarımızın qurban bayramı ilə bağlı dindən gələn öhdəlikləri bitmiş olurВ». Mənbəmiz bildirdi ki, əslində Cavid Qurbanovun adamı bui mşi biznesə çevirib. Çünki Məkkədə qurban kəsmək ona 300 dollara başa gəlir və yerdə qalan pulu da o, öz cibinə qoyur. Qeyd edək ki, hazırda həmin şəxs Səudiyyə Ərəbistanındadır və hələ də Bakıdakı məmurlardan sifariş almaqdadır. Onu da bildirək ki, redaksiyamıza В«virtual ziyarətВ» servisindən istifadə edən məmurların siyahısı və bu xidməti təklif edən şəxsin kimliyi barədə də məlumatlar verilib. Sadəcə olaraq, etika xətrinə həmin adları açıqlamırıq. Amma məsələhətlisi o olardı ki, həmin 500 manata Bakıda ən azından 2 qurbanlıq alıb, yetim evlərinə paylayardılar… Geri qayıt |