Əsas Səhifə > Gündəm, Manşet > MİNA TƏMİZLƏYƏN MAŞINLARDAN PUL ÇIXARIRLAR?

MİNA TƏMİZLƏYƏN MAŞINLARDAN PUL ÇIXARIRLAR?


23-10-2012, 08:45
MİNA TƏMİZLƏYƏN MAŞINLARDAN PUL ÇIXARIRLAR?
ANAMA-NIN VƏZİFƏLİ ŞƏXSLƏRİNƏ QARŞI KORRUPSİYA İTTİHAMI SƏSLƏNDİ

DİA.AZ: - Artıq 10 ildir ki fəaliyyət göstərən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA adı bu gün əksəriyyətə tanışdır. Maraqlıdır ki, redaksiyamıza bu qurumun bəzi rəhbər şəxslərilə bağlı ittiham xarakterli məlumatlar daxil olub.

Bildirək ki, 10 il ərzində ANAMA tərəfindən 126 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib. 600 minə yaxın mina və PHS tapılaraq zərərsizləşdirilib. Hazırda əməliyyatlar 10 rayon üzrə davam edir. Qeyd olunan 10 rayon üzrə mina və PHS təmizlənməsi işlərini tam olaraq 2013-cü ilə yekunlaşdırmaq planlaşdırılır. Bildirək ki, işğal oluna əraziləri minalardan təmizləmək üçün ən azı 8-12 il vaxt lazım olacaq. Yəni bu təşkilata hələ çox ehtiyacımız olacaq.

Və bu səbəbdən ANAMA ilə bağlı redaksiyamıza daxil olan məktubda yer almış ittihamları diqqətinizə çatdırmaq qərarına gəldik. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, əvvəllər layihələri xarici qrantlar hesabına maliyyələşdirilən bu agentlik hal-hazırda biribaşa olaraq dövlətin nəzarəti altındadır və dövlət tərəfindən maliyyələşdirilir.

Mənbənin söylədikləri: “Agentlikdə “supervayzer” vəzifəsində çalışan Namazov Füzuli Hidayət oğlu və adminstrator Fərid İsmayılov vəzifə səlahiyyətlərindən sui istifadə edərək, dövlət əmlakını (?! –red.) mənimsəmək və rüşvətxorluqla məşğuldurlar.

Belə ki, təşkilata məxsus olan sahə işləri üçün nəzərdə tutulan 10 C 999 dövlət nömrə nişanlı hidromeks qazma traktoru Sumqayıt daş bazarında şəxsi traktor kimi istifadə olunaraq əldə olunan pullar adları çəkilən şəxslərin cibinə gedir”.

Onu da bildirək ki, artıq DİA.AZ əməkdaşları səsələnən ittihamlar üzrə araşdırmaya başlayıblar. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt