Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: NAZİRİN QARDAŞINA QARŞI CİNAYƏT İŞİ
ŞOK: NAZİRİN QARDAŞINA QARŞI CİNAYƏT İŞİ22-10-2012, 17:50 |
![]() DİA.AZ: - Redaksiyamıza föqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bağlı ilginc məlumat daxil olub. Xatırladaq ki, bir müddət əvvəl FHN şefinin qardaşı ilə bağlı məlumat verərərk, onun iki fəhləni ölümcül döyməsini bildirmişdik. Məlumatda deyiulirdi ki, Səməd Heydərov bağında işlətdiyi iki fəhləni ölümcül döyüb və hazırda onların ev şəraitində müalicə olunduqları söylənilir. Kəmaləddin Heydərovun qardaşının fəhlələri döyməsinin nədəni isə onların iş zamanı öz aralarında mübahisə etmələri olub. Bu barədə verilən məlumatda deyilirdi ki, öz aralarında mübahisə edən fəhlələrə qızan Səməd Heydərov onları ilk əvvəl işdən qovub. İşsiz qalan fəhlələr isə Qala qəsəbəsində kirayə qaldıqları evlərinə gediblər: В«Amma sonradan FHN şefinin qardaşı nə fikirləşibsə, iki maşın qoçusu ilə birgə fəhlələrin kirayə qaldıqları ünvana gəlib və onları ölümcül şəkildə döyübВ». Mənbənin sözlərinə görə, əslən Naxçıvanın Nehrəm kəndindən olan fəhlələri döyməklə yanaşı, onları təhqir edən nazir qardaşı hətta fəhlələrə qarşı belə bir ifadə də işlədib: В«Mən yaxşı bilirəm, siz Səfərə (nazir qardaşı Dövlət GÖmrük Komitəsi sədrinin birinci müavini, əslən Nehrəm kəndindən olan Səfər Mehdiyevi nəzərdə tutur -red.) güvənib, qudurubsunuz. Onun da ağzının payını verəcəm, deyəsən, çaşıbdır»… Bu hadisənin böyük qalmaqala səbəb olduğunu bildirən mənbəmiz onu da əlavə edib ki, Nehrəm kəndindən olan bir qrup imkanlı şəxs isə öz növbələrində Kəmaləddin Heydərovu hədəf kimi seçərək ona ismarıclarını yollayıblar. Mənbənin söylədikləri: В«Kəmaləddin Heydərova söz yollayan nehrəmlilər ondan Səmədin ağzını yummasını və onun cəzalandırılmasını tələb ediblərВ». Bu barədə DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, rəqibləri həmin fəhlələri taparaq, onların hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə mürac\iət etməsinə nail olublar. Mənbəmiz bildirir ki, əgər şikayət müraciətinə gərəkən şəkildə yanaşılarsa, o zaman Səməd Heydərovun həbsi belə gözləniləndir. Çünki döyülən fəhlələrdən biri günü bu gün də aldığı xəsarətdən xəstəxanada müalicə olunur və FHN şefinin qardaşının qoçuları onları əvvəlcə kirayə qaldıqları ünvandan oğurlayıb, həmin vəziyyətə salıblar. Bu isə nazirin qardaşına qarşı qaldırılması mümkün olan ittihamın çeşidini də rəngarəng edir. Mənbəmiz bildirir ki, hələlik bu məsələ ilə əlaqədar hansısa hüquqi addım atılmayıb: В«Amma mümkündür ki, bu gün Kəmaləddin Heydərovla döyüşən qüvvələr sözügedən məsələ üzrə hərəkətə keçməyə nail olsunlar və bu zaman Səməd Heydərovun qollarının qandallanması qaçılmaz olacaqВ». Geri qayıt |