Əsas Səhifə > Güney Press / Manşet > YARDIMLININ ŞEFİ KADR İSLAHATI APARA BİLMİR

YARDIMLININ ŞEFİ KADR İSLAHATI APARA BİLMİR


22-10-2012, 13:04
YARDIMLININ ŞEFİ KADR İSLAHATI APARA BİLMİR
DİA.AZ: - Bir müddət əvvəl yayılab məlumatlardan aydın oldu ki, Yardımlı rayon icra başçısının müavininin qohum-əqrəbaları böyük təlaş içinə düşüblər. Buna səbəbsə Mahir Mirzəyevin adamlarının rayona təyin olunan icra başçısı Sevindik Hətəmova qarşı dözümsüzlükləridir.

Bildirilir ki, rayona yeni təyin olunan icra başçısı Sevindik Hətəmova Prezident Administrasiyasından (PA) sözü gedən klan üzərində ciddi işləməsi tapşırığı verilib. Səbəb isə son zamanlar Yardımlıda Mahir Mirzeyevin özündən və yaxın adamlarının özbaşınalıqları barədə PA-ya çoxsaylı şikayətlərin daxil olması göstərirlir. PA-ya daxil olan şikayətlər araşdırılaraq və dövlət başçısı İlham Əliyev məsələ ilə bağlı məlumatlandırılıb. Bundan sonra icra başçısı PA-ya çağırılaraq ona garşı iradlar tutulub və Xəzər Aslanov rayondan uzaqlaşdırılaraq Xızıya trasfer olunub.

Maraqlısı odur ki, Mahir Mirzəyevin klanı icra başçısı Sevindik Hətəmova rayonda ağalıq etməsinə imkan verməməsi istiqamətində hərəkətə keçiblər. Artıq Sevindik Hətəmova klan tərəfindən bir sıra təkliflər də gəlib. Lakin yeni icra başçısı PA-dan aldığı ciddi tapşırıqlar onu rədd cavabı verməyə məcbur edib. Çünki Sevindik Hətəmov tez bir zamanda Mahir Mirzəyevin klanı üzərində işləyib PA-ya hesabat verməlidir. Əgər rayonda klan üzərində “qara kəmər” əməliyyatı baş tutarsa bununla da Sevindik Hətəmov PA-nın etimadını bir daha qazanmış olacaq.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, Sevindik Hətəmov Mahir Mirzəyevi zərərsizləşdirə bilməsi üçün çox ciddi addımlar atıb. Bu barədə məlumatı verən rayondakı qaynaqların sözlərindən aydın olur ki, icra başçısı az qala 6 aydır ki, tədarük içindədir:

В«Yaxın günlərdə bunun nəticələri ortaya çıxacaq. Amma Sevindik Hətəmov bir qədər ehtiyatlı davranır. Çünki В«yuxarıdaВ» da vəziyyət mürəkkəbdir. Ona görə də hansısa ciddi addımı atıb, diqqəti özünə yönəltmək istəmir. Başa düşür ki, bu halda, nahaq yerə qurbanlığa çevrilə bilərВ».

Geri qayıt