Əsas Səhifə > Hadisə > BAKIDA KAFEDƏ QANLI “RAZBORKA”
BAKIDA KAFEDƏ QANLI “RAZBORKA”22-10-2012, 10:39 |
TANIŞLARIN DAVASINDA 1 NƏFƏR ÖLDÜ, 1 NƏFƏR YARALANDI Bakının Sabunçu rayonunda yerləşən kafedə qan tökülüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən kafelərdən birində tanışların içki məclisində bir nəfər ölüb, biri isə ölümcül yaralanıb. Tanışlar - 22 yaşlı İsa Cəbiyev, onun həmyaşıdı Əmrah Yaqubov və Vitalik Bədəlov birlikdə yeyib-içiblər. Elə məclisin ortasında onlar arasında mübahisə düşüb. Əmrah bıçağı stolun üstündən götürərək Vitalikin ürəyinə sancıb. Sonra isə İsaya çoxsaylı zərbələr endirib. Vitalik hadisə yerində ölüb, İsa ölümcül vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Əmrah isə hadisəni törətdikdən sonra qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) və qəsdən iki və ya daha artıq şəxsi öldürməyə cəhd (29, 120.2.7) maddələri ilə cinayət işi başlanıb. Geri qayıt |