Əsas Səhifə > Gündəm, Manşet > FƏRHAD ƏLİYEV HANSI HALDA AZADLIĞA ÇIXACAQ?
FƏRHAD ƏLİYEV HANSI HALDA AZADLIĞA ÇIXACAQ?22-10-2012, 09:25 |
KEÇMİŞ NAZİRİN TALEYİ İQTİDARİÇİ TOQQUŞMALARDAN BİRBAŞA ASILIDIR DİA.AZ: - Bu arada keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin Avropa İNsan Haqqları Məhkəməsinə 3-cü dəfə müraciət etməsi barədə xəbərlər yayıldı. Bu məlumatlarda deyilirdi ki, sabiq nazir artıq sözügedən instansiya tərəfindən öz lehinə 2 dəfə qərar çıxartdıra bilib və bununla da AİHM tərəfindən onun qanunsuz olaraq həbs edildiyi və həmçinin hüquqlarının pozulduğu faktı ortaya qoyulub. Keçmiş nazirin AİHM-ə üçüncü müraciətilə əlaqədar DİA.AZ-a maraqlı informasiyalar daxil olub. Məlumatlı mənbənin söylədiyinə görə, keçmiş nazirin bu arada fəallaşması heç də təsadüfi deyil: «Fərhad Əliyev məhz hakimiyyət içindəki Rusiya yanlısı olan qüvvələrin sifarişi ilə həbs olunmuşdu. Bu gün isə həmin qüvvələrə qarşı çox ciddi bir hərəkətlənmə var və bu səbəbdən sabiq İİN şef idə proseslərə qoşulduğunu nümayiş etdirərək, onu həbsə atdıranların sıradan çıxarıldığı ərəfədə öz azadlığına nail olmağı planlayır». Xatırladaq ki, özünü Qərbin adamı hesab edən və məhz bu mövqeyi səbəbindən 10 il müddətinə azadlıqdan mərhum edildiyini bildirən Fərhad Əliyev 2005-ci ilin 17 oktyabrından start götürən məlum hadisələr zamanı «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs edilsə də, sonradan 2007-ci ildə iqtisadi cinayətkarlıqlara görə mühakimə olundu və həbsdə yatdığı iki ili ona verilən cəzadan çıxmadılar ki, bu da keçmiş nazirin fətvasını verən qüvvələrin hansı əhəmiyyətdə ciddi mövqedə dayanmalarının təzahürü idi. Bildirək ki, bununla bağlı elə Fərhad Əliyevin özü də məhkəmə istintaqı zamanı dəfələrlə açıqlama vermişdi və bildirmişdi ki, o, Prezident Administrasiyası rəhbərliyinin qəzəbinə tuş gəlib. Doğrudur sabiq İİN şefi bu kimi açıqlamalarını daha çox üstüörtülü şəkildə çatdırmağa üstünlük verdi. Amma ondan fərqli olaraqi onunla bərabər eyni ittiham üzrə həbs edilmiş sabiq səhiyyə naziri Əli İnsanov ünvanı dəqiq göstərdi. Əli İnsanova dəstək verən keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli isə məhkəmə istintaqı gedən zaman xalqı PA rəhbəri Ramiz Mehdiyevə qarşı etiraz yürüşünə səslədi. Ki, bütün bunlar həmin dönəmin ən qabarıq olaylarından idi. İndii də Ramiz Mehdiyevin ünvanına doğru bir dalğa axını müşahidə olunmaqdadır və belə bir məqamda Fərhad Əliyevin məsələsi yenidən aktuallıq qazanır. Hər halda, bütün bunların təsadüfi olmadığını bildirən mənbəmiz iddia edir ki, əgər hakimiyyət içində cərəyan edən olaylar PA şefinin əleyhinə olan istiqamətə doğru yön alarsa, Fərhad Əliyevin azadlığa çıxması da gözləniləndir. Geri qayıt |