Əsas Səhifə > Siyasət, Manşet > DİA.AZ PORTALI KİMİN HƏDƏFİNƏ ÇEVRİLMİŞDİ?
DİA.AZ PORTALI KİMİN HƏDƏFİNƏ ÇEVRİLMİŞDİ?22-10-2012, 09:06 |
SAYTIMIZA HÜCUMLARIN ARXASINDAN İRANA AİD HAKERLƏR ÇIXMADI DİA.AZ: - Bitldiyiniz kimi, «Dünya» İnformasiya Agentliyinin internet ünvanı naməlum qüvvələrin hücumuna məruz qalıb. Hücum nəticəsində tam bir günlük - 19 oktyabr tarixinə aid olan materiallarımız qeybə çəkildi, eyni zamanda iki gün ərzində portalımızın fəaliyyətini bərpa etmək mümkün olmadı. Bu, nə ilə bağlı idi? Hər halda, biz ilkin olaraq İrana aid haker qruplarının dia-az.site səhifəsinə hücum etməsi barədə açıqlama verdik və ilkin gümanlarımız da belə idi. Amma sonradan apardığımız araşdırmalar nəticəsində ortaya fərqli qənaətlər çıxdı. Çünki həmin tarixdə İranda baş verən hansısa olaya və yaxud da fars-molla rejiminin hansısa mövqeyinə, davranışına aid heç bir məlumatımız 19 oktyabr tarixində əks olunmamışdı. Elə isə nə baş verdi ki, portalımız bir günlük xəbərlərini itirməli oldu və işi iflic vəziyyətə salındı? Artıq bununla bağlı ciddi qənaətlərimiz var, sadəcə olaraq, bugünkü məqamda əldə etdiyimiz informasiyaları çatdıra bilmirik. Səbəbi isə DİA.AZ-ın ana menyusunu ələ keçirib, istədikləri addımı atan qüvvələrin hətta bundan da ciddi addımları atma iqtidarında olmalarıdır. Təbii ki, bizlər də ehtiyatlı olmaq zorundayıq. Geri qayıt |