Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANDA OLİQARXLARIN MƏXMƏRİ İNQİLABI
AZƏRBAYCANDA OLİQARXLARIN MƏXMƏRİ İNQİLABI18-10-2012, 16:12 |
![]() RAMİZ MEHDİYEVİ BOŞ BURAXAN RUSİYANIN YENİ DƏST-XƏTTİ DİA.AZ: - Məlum olduğu kimi, bu günlərdə Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı yeni təşkilat yaradıb və artıq bu təşkilat hətta hakimiyyət dəhlizlərində belə böyük rezonansa nədən olub. İndidən söylənilir ki, bu təşkilat hakimiyyətə müxalif olacaq. Doğrudur, təşkilatın yaradıcıları bəyan edirlər ki, siyasətə qarışmayacaqlar. Amma həmin təşkilatda az qala Rusiyadakı nəhənglərin əksəriyyətinin təmsil olunması ortaya xeyli şübhəli məqamlar çıxarır. Bildirək ki, yeni təşkilatda Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Söyün Sadıxov, Natiq Ağamirov, Asif Məhərrəmov, yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları təmsil olunur. Siyahıdan da göründüyü kimi, çeşid müxtəlifdir. Bir müddət əvvəl hakimiyyətin bütün arsenalının hədəfə aldığı Rüstəm İbrahimbəyov və prezidentin qudası Araz Ağalarov əgər bir təşkilatda birləşirsə, deməli, məsələ tamam fərqlidir və bu fərqliliyin son günlər hədəfdə olan və hələ də Azərbaycanda görünməyən, Rusiyanın bir nömrəli adamı kimi tanıdığımız Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verənlərə birbaşa dəxlinin olması faktdır. Nə baş verir? DİA.AZ-ın bu yöndə apardığı araşdırmalardan da aydın olur ki, Rusiya Azərbaycanda çoşaxəli oyun oynamağa başlayıb. Bir yandan da dövriyyəyə В«Putinin dostuВ» kimi tanınmış İlham Rəhimlinin yenicə ailə qurduğu Rəbiyyət Aslanovanın yaxın qohumunun partiya yaratması barədə deyilənlər vəziyyəti daha da kritikləşdirməklə yanaşı, həm də ortaya qarışıq bir mənzərə çıxarır. Araşdırmalarımız nəticəsində ortaya çıxan bir məqam ondan ibarətdir ki, artıq hakimiyyət içində gedən oyunlar beynəlxxalq miqyas alıb və Rusiya 2013-cü il prezident seçkiləri ərəfəsində dəyişmək istəyən Bakının gələcək politrasında öz rənglərini yenidən görmək fikrindədir. Amma bu dəfə Ramiz Mehdiyevin timsalında alınmırsa, o zaman Rusiya yeni formada təmsilçilik hüququ əldə etmək istəyir. Təbii ki, qeyd olunan müstəvidə baş verənlərin Azərbaycan dövləti adına müsbət və yaxud da mənfi hadisə olduğunu söyləmək qeyri-mümkündür. Çünki döyüşən tərəflərin hansısa birinin Azərbaycan dövləti adına çıxış etmədiyi aydındır. Aydın olanı həm də odur ki, artıq 3-cü qüvvə formalaşır və bu 3-cü qüvvə Rusiyanın belə arxasından çəkildiyi Ramiz Mehdiyev şəbəkəsinə daban-dabana zidd olduğu kimi, mövcud hakim qüvvələrlə də eyni məsafədə dayanmaqdadır. Araşdırmalarımız nəticəsində bir məsələ də tam aydın oldu ki, hadisələr bundan sonra daha da gərgin xarakter alacaq. Hətta redaksiyamıza danışan bəzi qaynaqlar isə Azərbaycanda məxməri inqilab tədarükünün görüldüyünü də vurğuladılar. Və maraqlıdır ki, bu inqilabın prezident İlham Əliyev tərəfindən həyata keçirildiyi də söylənilir. Elə bp-yə edilən hücumlar da həmin inqilabi dəyişikliklərə keçid üçün bir manevr təzahürü idi… Geri qayıt |