Əsas Səhifə > Güney Press / Manşet > BDU-DAN BORCU TƏSDİQLƏDİLƏR, ANLAŞILMAZLIQ VAR

BDU-DAN BORCU TƏSDİQLƏDİLƏR, ANLAŞILMAZLIQ VAR


18-10-2012, 14:31
BDU-DAN BORCU TƏSDİQLƏDİLƏR, ANLAŞILMAZLIQ VAR
DİA.AZ: - Məlum olduğu kimi, В«QasidВ» mətbuat yayımı firması iflasın astanasındadır. Dəfələrlə bildirmişik ki, şirkətin qəzet redaksiyalarına külli miqdarda borcu yaranıb ki, həmin pulları da ödəyə bilməyən В«QasidВ»ə qarşı bu gün qəzet jurnalistləri aksiya keçiriblər.

Onu da bildirək ki, əslində В«QasidВ» firmasının bu vəziyyətə düşməsinin bir neçə səbəbi var. Onlardan biri firmaya məxsus köşklərin plana salınaraq, onlara məxsus ərazilərin az qala tən yarısının arxasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı В«Press KioskВ»lar tərəfindən zəbt edilməsidirsə, digəri də ayrı-ayrı dövlət idarələrinin В«QasidВ» mətbuat yayımı firmasına olan abunə borclarının ödənilməməsi ilə bağlıdır.

Artıq məlumat verərək bildirmişdik ki, konkret olaraq Azərbaycan Dövlət Televiziyasının və Bakı Dövlət Universitetinin В«QasidВ» mətbuat yayımı firmasına borcu var. BDU-nun borcunun 120 min manat olduğunu bildirmişdik. Qeyd edək ki, DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində öyrənə bildiyimiz bu rəqəmin doğruluğunu В«QasidВ» firmasının mühasibatlığından təsdiqləmişdilər. Amma BDU-nun mövqeyini öyrənə bilməmişdik, redaksiyamıza bildirmişdilər ki, bir gün sonra əlaqə saxlayaq.

Bu gün BDU ilə əlaqə saxladıq və onlar da borcun olduğunu təsdiqlədilər. Amma maraqlıdır ki, universitetdən borcun məbləğinin 120 min manat olmadığını bildirdilər və qeyd etdilər ki, borc 50 min manatdan yuxarı deyil…

Geri qayıt