Əsas Səhifə > Ölkə, Manşet > ARDNŞ ŞEFİ DAHA BİR BAHALI ALIŞ-VERİŞ ETDİ

ARDNŞ ŞEFİ DAHA BİR BAHALI ALIŞ-VERİŞ ETDİ


18-10-2012, 12:54
ARDNŞ ŞEFİ DAHA BİR BAHALI ALIŞ-VERİŞ ETDİ
İSTANBULDAKI VİLLAYA 2 MİLYON PUL SAYILDI

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin bir müddət əvvəl özünə bahalı maşın aldığı söylənilsə də, sonradan ARDNŞ şefinin bu maşından imtina etmək zorunda qaldığı məlum oldu. Bu addımın hansı zərurətdən atılması isə mətbuatdan gizli tutuldu. Yalnız o bəlli oldu ki, Rövnəq Abdullayev sifariş etdiyi avtomobili almaqdan imtina edib.

Bu arada DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Neft şirkətinin prezidenti İstanbulda boğazda qiyməti 2 milyon ABŞ dollarına olan villanı satın alıb. Həmin villanın əvvəllər Türkiyənin tanınmış sənətçilərindən birinə məxsus olduğunu söyləyən qaynaq iddia edir ki, villanın gözdən keçirilməsi üçün Rövnəq Abdullayev ARDNŞ-in iki yetkilisini Türkiyəyə yollayıb: «Yalnız bundan sonra alqı-satqı işi həyata keçiriləcək».

Geri qayıt