Əsas Səhifə > Hadisə > BAKIDA "ZEK"İN GƏNC ARVADI DAHA AĞIR CİNAYƏT TÖRƏTDİ

BAKIDA "ZEK"İN GƏNC ARVADI DAHA AĞIR CİNAYƏT TÖRƏTDİ


18-10-2012, 11:57
BAKIDA "ZEK"İN GƏNC ARVADI DAHA AĞIR CİNAYƏT TÖRƏTDİ
CİNAYƏTİ GİZLƏDƏ BİLMƏYİBLƏR

Bakının Binəqədi rayonunda cinayətkar ərin gənc arvadı ağır kriminal törədib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, qadının cinayətinin gizlədilməsi ilə bağlı uydurulmuş yalana isə polis əməkdaşlarını inandırmaq mümkün olmayıb.

Hadisə ilə bağlı ilk məlumat Biləcəri qəsəbə sakini Ramiz Ramazanovun bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsindən sonra məlum olub. Ötən gün 1 saylı Şəhər Xəstəxanasına gətirilən R.Ramazanov polisə deyib ki, 3 nəfər onun qarşısını kəsərək pul tələb edib və vermədikdə onu bıçaqlayıb. Lakin onun ifadəsi polisdə şübhə doğurub və daha ciddi araşdırma aparılıb.

Müəyyən edilib ki, R.Ramazanovu quldurlar yox, öz gəlini bıçaqlayıb. R.Ramazanov deyib ki, onu həbsdə yatan qardaşı Osman Ramazanovun arvadı, 23 yaşlı Leyla bıçaqlayıb.

Tutularaq polisə gətirilən Leyla qaynını bıçaqlamasının səbəbini açıqlayıb: “Ötən gün evə gələndə Ramizlə mübahisəm düşdü. “Mercedes”imi saxlayıb evə girməyimə peşman oldum. “Qardaşım həbsdədir deyə evə gec gəlməlisən?” - deyərək üstümə cumdu. Mən də bıçaqla vurdum”.

Hazırda Leylanın himayəsində azyaşlı uşağı olduğundan barəsində həbssiz imkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Onu da əlavə edək ki, Leylanın əri Osman Ramazanov oğurluq etdiyinə görə cəzaçəkmə müəssisəsində cəza çəkir. O, ötən ilin dekabrında Bakıda qadının mənzilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurladığına görə məhkum olunub.

Geri qayıt