Əsas Səhifə > Siyasət, Manşet > ASTARA GÖMRÜYÜNDƏ XƏSTƏLƏR SOYULUR

ASTARA GÖMRÜYÜNDƏ XƏSTƏLƏR SOYULUR


18-10-2012, 11:20
ASTARA GÖMRÜYÜNDƏ XƏSTƏLƏR SOYULUR
HİKMƏT MƏMMƏDOV ƏRƏBZƏNGİ KİMİ YOLU KƏSİB, 50 MANATDAN PUL YIĞIR

DİA.AZ: - Astara gömrük idarəsində özbaşınalıq hallarına hər hansı müvafiq dövlət qurumunun müdaxilə etməməsi, həmçinin Dövlət Gömrük Komitəsi rəhbərliyinin ortaya qoyulan faktların qarşılığında susması, bu idarənin rəisi «Rokfeller» ləqəbli Hikmət Məmmədovun daha da qol-qanad açmasına gətirib çıxarıb.

Məlumdur ki, bu gün İranda səhiyyə xidmətində təklif olunan qiymətlərin Azərbaycanla müqayisədə qat-qat ucuz olması səbəbindən minlərlə vətəndaşımız müalicə məqsədilə sözügedən ölkəyə üz tuturlar. Təbii ki, bu zaman da Hikmət Məmmədovun qılıncının altından «keçməli olurlar». Çünki rəsmi Tehranın Azərbaycan sərhədlərinə yaxın ərazidə məhz Azərbaycan vətəndaşları üçün yaratdığı səhra hospitalı Astara rayonu ərazisinə yaxın olduğundan vətəndaşların böyük əksəriyyəti bu qapıdan keçməli olur.

Bu isə Hikmət Məmmədovun gəlirlərinin daha da artması ilə müşayiət olunmaqdadır. Astaradan DİA.AZ-a verilən xəbərlərdə bildirilir ki, Hikmət Məmmədov İran tərəfinin açdığı hospitalın hesabına əməlli-başlı sərvət toplamaqdadır: «Buna qədər belə bir hospital fəaliyyət göstərmirdi və İrana müalicə ardınca gedənlərin sayı bir ay üçün təxminən 300-400 nəfər olardı. Hospital fəaliyyətə başlayandan sonra bu rəqəm 10 dəfə artıb. Yəni bir ay ərzində 3-4 min adam məhz müalicə məqsədilə İran sərhəddini keçməli olur».

İrana müalicə ardınca gedənlərin çarəsiz və həm də əllərində müəyyən həcmdə pulun olduğunu bilən Hikmət Məmmədov onları hospitala lüt-üryan formada yola salmaqdadır - deyən mənbəmizin sözlərindən o da aydın olur ki, bu gün Astara gömrük idarəsinin işçiləri müalicə olunmaq üçün sərhədi keçən hər bir nəfərdən 50 manat pul alır: «Bu da bir ay üçün 200 min manata yaxın pul deməkdir. Hər halda, dərdinə çarə axtaran vətəndaşların bu şəkildə incidilməsi nə insanlığa, nə də dövlət məmuru adına yaraşan iş deyil».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt