Əsas Səhifə > Gündəm, Manşet > MOLLA REJİMİ AZƏRBAYCANA ACIQ VERİR

MOLLA REJİMİ AZƏRBAYCANA ACIQ VERİR


8-11-2011, 15:03
MOLLA REJİMİ AZƏRBAYCANA ACIQ VERİR

İNDİ DƏ İRƏVANA 200 MİLYON YARDIM PLANLAŞDIRILIR

DİA.AZ: - Son günlər qardaş Türkiyə ilə münasibətlərini yoluna qoyan rəsmi Bakı İran dövlətinin tam olaraq hədəfinə çevrilib. Artıq fars-molla rejiminin nəzarətində olan xəbər portallarında Azərbaycan dövlətinin və Azərbaycanın dövlət adamlarının, eləcə də Azərbaycan türkünün təhqiri bir ənənə halını alıb.

Buna paralel olaraq isə İran hökuməti sırf olaraq rəsmi Bakıda qıcıq oyatmaq niyyəti ilə Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını işğal altında saxlayan Ermənistanla da əlaqələrini inkişaf etdirir. Yayılan xəbərlərdə də deyilir ki, davamlı olaraq fars-molla rejiminin ayrı-ayrı dövlət adamlarının səfər etdiyi İrəvana İran prezidenti də bu ilin sonuna qədər baş çəkəcək.

Bütün bunlarla bağlı İran mətbuatına istnadən DİA.AZ-ın yaydığı xəbərdə vurğulanır ki, artıq fars-molla rejimi Bakıya acıq olaraq Ermənistana maliyyə yardımı da ayırmağı düşünür. Bu barədə məlumat verən «armenianreport» saytı bildirir ki, rəsmi Tehran Ermənistana 200 milyon ABŞ dolları həcmində qarşılıqsız maliyyə yardımı ayıracaq. Həmin yardımın Əhmədinejadın İrəvan səfəri ərəfəsində ediləcəyi bildirilir.


Geri qayıt