Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVLƏ BAĞLI YENİ ŞAİYƏLƏR YAYILIB
RAMİZ MEHDİYEVLƏ BAĞLI YENİ ŞAİYƏLƏR YAYILIB18-10-2012, 10:49 |
PA RƏHBƏRİNİN ÖLKƏDƏ OLMAMASI BİR ÇOX SUALLARI ORTAYA ÇIXARIB DİA.AZ: - Sonuncu dəfə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqala reaksiyası ilə diqqətə gələn və bundan sonra istirahət üçün Avropaya üz tutduğu söylənilən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı yayılan şaiyələr durmadan artmaqdadır. DİA.AZ redaksiyasına da bu qəbildən xeyli saydə müxtəlif səpgili informasiyalar daxil olub. Məsələn, məlumatların birində bildirilir ki, prostat vəzində xərçəng xəstəliyindən əziyyət çəkən PA rəhbəri uzun müddətli müalicə məqsədilə ölkəni tərk edib və hazırda Almaniyada müalicə alır. Bir başqa mənbə isə bildirir ki, Ramiz Mehdiyev Rusiyada müalicə olunur və sadəcə olaraq, bəzi qaynaqlar onun Almaniyada olması haqda rəy yaratmağa çalışırlar ki, burada da hansı məqsədin güdüldüyü aydın deyil. Yayılan şaiyələrin birində isə vurğulanır ki, Gülər Əhmədova ilə bağlı yaranmış qalmaqala Ramiz Mehdiyevin adından yayılan açıqlama da ona məxsus deyil. Hər halda, daha dəqiqi proseslər inkişaf etdikcə aydın olacaq. Amma rəsmi qaynaqların susması və «Ramiz Mehdiyev haradadır» sualına həddən-ziyadə sərt reaksiya verilməsi ortadakı şübhələri artırmaqla yanaşı, həm də şaiyələrin də yayılması üçün səbəb rolunu oynamaqdadır. Geri qayıt |