Əsas Səhifə > Güney Press / Manşet > FAZİL MƏMMƏDOVUN QOHUMLARI QOÇULUQ EDİR
FAZİL MƏMMƏDOVUN QOHUMLARI QOÇULUQ EDİR17-10-2012, 16:38 |
![]() DİA.AZ: - Bir müddət əvvəl Şəmkir rayon sakini Sahib Kərimov evinin uçurulmasından gileylənərək bu işdə vergilər naziri Fazil Məmmədovu ittiham etmişdi. Mətbuata açıqlamasında narazı vətəndaş bildirmişdi ki, aradan 8 il vaxtın keçməsinə baxmayaraq, hələ də evini bərpa edə bilmir. Onun sözlərinə görə, 2011-ci ilin sonlarında Gəncə Apelyasiya Məhkəməsi və Ali Məhkəmə 2010-cu ildə “evin itməsilə əlaqədar yerinin müəyyən edilə bilməməsi” haqda Şəmkir Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. S.Kərimovun Şəmkir şəhər Səməd Vurğun küçəsi, 246-da yerləşən evi 2004-cü ildə uçurulub. Ev birmərtəbəli, 3 otaqdan ibarət olub. Həmin vaxt Rusiyada yaşayan S.Kərimov avtoqəza keçirməsi üzündən Azərbaycana yalınz 2010-cu ilin aprelində gələ bilib. Məhkəmə işlərinə başlayıb. 2010-cu ilin aprelində Şəmkir Rayon Məhkəməsi öncə S.Kərimovun evini qonşusunun uçurması, yerini alması barədə qərar çıxarıb. Evin yerinin göstərilməsi tələbi ortaya gəldikdə isə məhkəmə “ev itdiyi üçün yerinin müəyyən oluna bilməməsi barədə qərar çıxarıb. Baxmayaraq ki, rayon memarları həmin evin yerində “Morgül” şadlıq sarayının tikildiyi haqda sənəd veriblər. Amma məhkəmədə iddiaçı tərəfin adamları dindirilməyib. S.Kərimov evini vergilər naziri Fazil Məmmədovun qohumu, rayonda dələduz kimi tanınan Fəzail Quliyevin dağıtdığını bildirir. Amma nazir qohumu olduğu üçün heç kəs təsir göstərə bilmir. Bu səbəbdən də məhkəmələr ağlasığmaz qərarlar çıxarır. “Həmin vaxt Şəmkirdə hər hansı təbii fəlakət olmayıb ki, ev itə, yerə bata, sadəcə məmur adamları mənim evimi “batırıblar”, - S.Kərimov bildirib. Zərərçəkmiş evini uçuranların onunla birbaşa ünsiyyətdə olmağa cəhd belə etmədiklərinə diqqəti çəkib. O, məsələni Avropa Məhkəməsinə çıxarmaq, özü isə haqsızlıqlara etiraz olaraq ölkəni tərk etmək fikrındə olduğunu da bildirib. Onu da bildirək ki, bu məsələ ilə bağlı həmin vətəndaşa təzyiqlərin edilməsi ilə əlaqədar DİA.AZ-a məlumat daxil olub. Məlumatı verən Şəmkirdəki mənbəmiz bildirir ki, yerli rəhbərlik haqqı tapdanan S.Kərimova təzyiqlər edərək, onun şikayətlərindən imtina etməsini tələb edib. Mənbəmiz bildirir ki, bu məsələdə Fazil Məmmədovun maraqlı olduğu heç şübhəsizdir. Çünki S.Kərimov məhz nazirin qohumunun sifarişi ilə hədələnir və hətta ona qarşı В«o, nazirin qohumudur, sən kimsənВ» deyə aşağılayıcı ifadələr də işlədilib. Geri qayıt |