Əsas Səhifə > Güney Press / Manşet > RƏSUL QULİYEVİN ADAMLARI DEPUTAT OLACAQ
RƏSUL QULİYEVİN ADAMLARI DEPUTAT OLACAQ17-10-2012, 14:46 |
![]() KƏMALƏDDİN HEYDƏROVLA ACP LİDERİNİN ANLAŞMASI DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, Türkiyə paytaxtında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamları ilə ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş spiker Rəsul Quliyevin görüşü olub. Onu da bildirək ki, bu xəbər olduqca ciddi rezonansa səbəb olub. Xəbərimizdə onu da bildirmişdik ki, görüşdə FHN şefi adından Rəsul Quliyevin Bakıdakı dayaqlarının maliyyələşdirilməsi öhdəliyi götürülüb. DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, zamanında Avropanın 5-ci ən zəngin adamı kimi diqqətə gələn Rəsul Quliyevin əslində kiminsə madldi yardımına ehtiyacı yoxdur. Bu barədə danışan mənbənin söylədikləri: В«Sadəcə olaraq Rəsul Quliyev onunla birgə hərəkət edən şəxsi maliyyə məsələsinə cəlb etməklə, həm də aradakı etimad dərəcəsini yoxlamaq istəyirВ». Kəmaləddin Heydərovun Rəsul Quliyevlə yollarının birləşməsi məsələsi ekspertlər tərəfindən dəyərləndirilərkən qeyd olunur ki, FHN şefi əslində Rəsul Quliyevin timsalında müxalifətdə dayaq qazanmış olur. O da var ki, hər zaman keçmiş spikerin partiyası hakimiyyətdəki Naxçıvan klanı üçün В«ehtiyat enmə zolağıВ» kimi xarakterizə olunub. Məlumatlı mənbənin bildirdiyinə görə, Kəmaləddin Heydərov növbəti parlament seçkilərində Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasına aşkar dəstək verəcəyini və hətta ACP üçün bir neçə mandatın alınmasına nail olacağını da vəd edib: В«Kəmaləddin Heydərova bu məsələdə eniş ərəfəsində olan hakimiyyətiçi Naxçıvan klanının bir neçə nüfuzlu siması da dəstək verəcək. Plan işlənib, hazırdır. İlkin mərhələdə ACP-ni parlament partiyası edirlər, bunun ardından da ACP-lilərin ayrı-ayrı yerlərdə vəzifələrə təyin olunmasına nail olurlar. Necə ki, mərhum prezident Heydər Əliyevin hakimiyyətinin ilk illərində Etibar Məmmədovun rəhbəri olduğu Milli İstiqlal Partiyasının nümayəndələri hətta icra başçısının birinci müavini postlarına belə təyin olunmuşdu. Doğrudur, sonradan Əli Əhmədov, Mübariz Qurbanlı kimi simaların AMİP-dən YAP-a keçidi ilə nəticələnən bu prosesə son qoyuldu. Amma indi anoloji siyasətin ACP ilə bağlı həyata keçirilməsi planlaşdırılır ki, bu istiqamətdə də Kəmaləddin Heydərov qollarını çırmayıbВ». Geri qayıt |