Əsas Səhifə > Güney Press / Manşet > BABA TAĞIYEV FHN ŞEFİNİN QƏZƏBİNƏ TUŞ GƏLİBMİŞ
BABA TAĞIYEV FHN ŞEFİNİN QƏZƏBİNƏ TUŞ GƏLİBMİŞ16-10-2012, 17:40 |
![]() DİA.AZ: - Məlum olduğu kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Cəlilabadda fəaliyyət göstərən В«Dalğa-94В» MMC-yə mebelin satışını və istehsalını qadağan edib. Xatırladaq ki, bir neçə gün əvvəl keçmiş deputat, tanınmış iş adamı Baba Tağıyevə məxsus В«TağıyevВ» şirkəti də eyni qurum tərəfindən eyni qadağaya məruz qalmışdı. Bununla bağlı DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki qaynaq iddia edir ki, əslində sözügedən dövlət komitəsinin mebel bazarına müdaxiləsi heç də təsadüfi deyil və bu sektora birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nüfuz etməsi bazarda В«təmizləməВ» işlərini zəruri edib. Bildirək ki, hələ də gömrük orqanlarını nəzarəti altında saxlayan Kəmaləddin Heydərov eyni zamanda mebel sənayesi üçün tələb olunan müvafiq avadanlıqların Azərbaycana idxalı işini də nəzarəti altına alıb. Və hətta В«EmbavudВ» kimi məşhur brendlər belə müstəqil qaydada idxal əməliyyatları keçirə bilmirlər. Geri qayıt |