Əsas Səhifə > Güney Press / Manşet > ELDAR HƏSƏNOV ÖZÜNƏ MİNİ В«VARİS PLANIВ» HAZIRLAYIR
ELDAR HƏSƏNOV ÖZÜNƏ MİNİ В«VARİS PLANIВ» HAZIRLAYIR16-10-2012, 15:16 |
![]() KEÇMİŞ BAŞ PROKUROR HAQQINDA ŞOK FAKTLAR DİA.AZ: - Bir müddət əvvəl Bakıda hansısa vəzifəyə gətiriləcəyi haqqında silsilə yazılar dərc olunan keçmiş baş prokuror, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənova qarşı ağır ittihamların yer aldığı məktub redaksiyamıza ünvanlanıb. Özlərini bir qrup Qarabağ müharibəsi veteranı kimi təqdim edən müəlliflər DİA.AZ-a göndərdikləri məktublarında bildirirlər ki, Eldar Həsənov hər zaman Azərbaycan dövləti üçün təhlükəli fiqurlardan olub və bu gün onun məsuliyyətdən kənarda qalması bir yana, hətta səfir kimi fəaliyyəti də dövlətçilik baxımından doğru deyil. Müraciət müəllifləri Eldar Həsənovun Rusiya ilə əlaqələrinin hələ sovet dövründən start götürdüyünü də vurğulayırlar: В«SSRİ vaxtında milis orqanlarında çalışan Eldar Həsənovun ulduzu 1990-cı ilin 20 yanvar hadisələrindən sonra parlamağa başladı. Həmin vaxtı Bakı şəhər milis idarəsində cinayət axtarış şöbəsinin rəisi postunu tutan Eldar Həsənov birbaşa olaraq Moskvanın göstərişi ilə podpolkovnik rütbəsindən polkovnik rütbəsinə qaldırıldı. Təbii ki, bu rütbə yüksəlişi təsadüfi deyildi. İnsanlarımız şəhid oğullarını yad edərkən, Azərbaycanın müstəqilliyi uğrunda başlanan Milli Azadlıq Hərəkatına dəstək verərkən Eldar Həsənov da sovet rejiminə qarşı çıxanlara divan tutmaqla məşğul idiВ». Bu hələ harasıdır? Məktubda bildirilir ki, Eldar Həsənov hələ sovet milisində serjant (çavuş) rütbəsini daşıdığı zamanlar bir neçə dəfə ilişib də: В«Onun əslində xüsusi xidmət orqanlarının himayəsi altına keçməsi serjant olarkən adının rüşvət qalmaqalında hallandırılmasından sonra başlayıb. Həmin ərəfədə Eldar Həsənov hətta həbs təhlükəsi də yaşayıb. Lakin sonradan əslində onun iştirakçısı olduğu bir hadisənin suçu, elə milis orqanlarında çalışan yaxın qohumlarından birinin ayağına yazılmaqla yola verildiВ». Məktubda o da deyilir ki, bu gün Eldar Həsənovun təbliğatçıları onun yenidən YAP iqtidarında mühüm postlara təyin edilmə ehtimallarından, versiyalarından palaz-palaz yazılar yazırlar: В«Əslində burada həqiqəti ehtiva edən heç nə yoxdur. Sadəcə olaraq, Eldar Həsənovun oğlu böyüyüb və sabiq baş prokuror özü üçün mini В«varis planıВ» düşünüb. Bu gün ayrı-ayrı nüfuzlu dövlət adamlarını tərifləməklə, Rumıniyadakı səfirimiz oğluna karyera cığırı açmaq niyyətindədirВ». Qeyd edək ki, məktub müəllifləri 250 siyasi dustağın sanksiyasını imzalamış Eldar Həsənovun Qobustan macəraları ilə bağlı da faktları ortaya qoyublar ki, yaxın günlərdə həmin dəhşətli faktları da diqqətinizə çatdıracağıq. Hər halda, bu faktlar da təsdiqləyir ki, AXC iqtidarı zamanı müxtəlif yollarla Əbülfəz Elçibəyə yaxın ola bilmiş Eldar Həsənov sonradan necə Heydər Əliyev komandasında təmsil oluna bildi. Bizi izləyin… Geri qayıt |