Əsas Səhifə > Cəmiyyət > FARS-ERMƏNİ DOSTLUĞU GÜCLƏNİR

FARS-ERMƏNİ DOSTLUĞU GÜCLƏNİR


8-11-2011, 13:08
FARS-ERMƏNİ DOSTLUĞU GÜCLƏNİR

ƏHMƏDİNEJAD İLİN SONUNA KİMİ İRƏVANA GEDİR

İran prezidenti Mahmud Əhmədinejad bu ilin sonuna kimi Ermənistana səfər edəcək. APA-nın “Armtoday” saytına istinadən yaydığı məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iranlı həmkarı Əli Əkbər Salehi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Ermənistan və İranın xarici işlər nazirləri Mahmud Əhmədinejadın İrəvana səfərinə hazırlıq məsələlərini müzakirə ediblər.

Edvard Nalbandyan bildirib ki, iranlı həmkarı ilə görüş iki ölkə arasında dialoqun davam etdirilməsi üçün yaxşı əsas rolunu oynayıb: “Görüşdə ikitərəfli münasibətlər, xüsusilə inkişaf etməkdə olan iqtisadi əlaqələrimizi müzakirə etdik. Hazırda İran və Ermənistanın iştirakı ilə reallaşdırılan birgə layihələr var, həmçinin nəqliyyat və energetika sahəsini əhatə edən perspektiv layihələrimiz var. Biz iki ölkənin prezidentləri arasında əldə olunan razılaşmaların reallaşdırılması prosesini müzakirə etdik, həmçinin regional məsələlərə də toxunduq”.


Geri qayıt