Əsas Səhifə > Hadisə > SON ZƏLZƏLƏDƏ 3000-DƏN ÇOX EV ZİYAN GÖRÜB
SON ZƏLZƏLƏDƏ 3000-DƏN ÇOX EV ZİYAN GÖRÜB16-10-2012, 10:30 |
FHN BU EVLƏRİN BƏRPASINA TƏLƏSMİR Bu il mayın 8-də və oktyabrın 14-də baş vermiş zəlzələlərdən sonra Zaqatalada 3000-dən çox evə baxış keçirilməsinə ehtiyac yaranıb. Bu barədə Trend-ə məlumat verən Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bildirib ki, həmin evlər rayonun 51 kəndindədir. Komissiya sədrinin sözlərinə görə, mayın 8-də baş vermiş zəlzələ nəticəsində evlərin bir qismində çatlar yaranmışdı və onların bərpa edilməsinə ehtiyac var idi. Oktyabrın 14-də baş vermiş zəlzələ isə problemi bir qədər də artırıb. Ramazanov deyib ki, yaxın günlərdə 3000-dən çox evə mütəxəssis baxışı keçiriləcək. Yalnız bundan sonra bu evlərdən hansının vəziyyətinin daha pis olması və bərpasına ehtiyac yaranması barədə qərar veriləcək. Komissiya sədri onu da əlavə edib ki, oktyabrın 14-də baş vermiş zəlzələdən sonra rayonda 2 orta məktəb tamamilə qəzalı vəziyyətə düşüb və həmin məktəblərdə tədris dayandırılıb. 5 orta məktəbdə qəzalı vəziyyət yarandığından tədris məhdudlaşdırılıb. FHN-in nümayəndələri həmin məktəblərə baxış keçirdikdən sonra orada tədrisin davam etdirilib-etdirilməməsi ilə bağlı qərar veriləcək. Geri qayıt |