Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİLƏRİN DEYƏSƏN, BAŞLARI TAM XARAB İMİŞ

ERMƏNİLƏRİN DEYƏSƏN, BAŞLARI TAM XARAB İMİŞ


16-10-2012, 10:26
ERMƏNİLƏRİN DEYƏSƏN, BAŞLARI TAM XARAB İMİŞ
ENDİRİLƏN TƏYYARƏNİN SİFARİŞİNİN BAKIDAN GƏLDİYİNİ İDDİA EDİRLƏR

DİA.AZ: - Məlum olduğu kimi, dünən Ermənistandan Suriyanın Hələb şəhərinə uçan təyyarə Türkiyə qırıcıları tərəfindən qardaş ölkənin Ərzurum şəhərinə məcburi şəkildə endirildi və təyyarə Türkiyənin xüsusi xidmət orqanları tərəfindən didik-didik axtarıldı. Lakin təyyarədə hansısa şübhəli yükə rast gəlinmədi.

Bildirək ki, bu hadisə düşmən Ermənistanda böyük rezonans yaratmaqla yanaşı, həm də təxribatçı xarakterli məlumatların da yayılmasına nədən olub. DİA.AZ bildirir ki, erməni KİV-ləri baş vermiş hadisədə Azərbaycanın da adını hallandırmağa başlayıblar. Belə ki, düşmən mətbuatda iddia olunur ki, guya ermənistandan Suriyaya humanitar yardım aparan təyyarənin endirilməsi sifarişi Bakıdan verilibmiş. Bu barədə danışan Ermənistanın AİR Armenia avia şirkətinin direktoru Arsen Avatisyan onlara məxsus təyyarənin Türkiyə ərazisində zorla endirilməsini Azərbaycanla Türkiyənin qanunsuz hərəkətləri kimi dəyərləndirib və bununla bağlı məhkəməyə müraciət edəcəklərini də vurğulayıb.


Geri qayıt