Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIN «ŞAKİRA-LOPEZ» MAXİNASİYASI

MƏMURLARIN «ŞAKİRA-LOPEZ» MAXİNASİYASI


16-10-2012, 09:18
MƏMURLARIN «ŞAKİRA-LOPEZ» MAXİNASİYASI
ARDNŞ-DA 200 MANATA OLAN BİLETLƏR 1000 MANATA «AFORMİT» OLUNUB

DİA.AZ: - Cenifer Lopez getdi, Rihanna gəldi, Rihanna getdi, Şakirə gəldi… Onlardan da əvvəl «Avroviziya-2012»yə ev sahibliyi etdik. Bir sözlə, vur oynasın, çal oynasın… Əməlli-başlı kef içindəyik. Yəqin ki, kommunizm deyilən nəsnə bu imiş ki, 70 il Sovetlər Birliyinin tərkibində həmin nəsnəyə doğru can atmışıq. Çünki görüntüdə olanı odur ki, millətimiz kef edir. Yağışda, küləkdə mini ətəkdə adlarını çəkdiyimiz və çəkmədiyimiz müğənnilərin pişvazına çıxmaq üçün Dövlət Bayraq Meydanının yanından «Büllur Saray»a qədər şütüyənləri görmək də adi hala çevrilib. Bəli, bizim xalqın sənətə, sənətkara böyük hörməti var. Amma bu qədər də yox…

Təbii ki, Bakıya gətirilən bahalı manıs xanımların xərcinin-xasaratının çəkilməsi bir xalq olaraq ən ümdə vəzifələrimizdən biri idi. Və güman edirik ki, 50 ton apparatura ilə gələn Rihanna da, 5 təyyarə ilə «veş-vüşünü» daşıyan Cenifer Lopez də, ikicanlı şəkildə millətimə həyəcanlı anlar yaşadan Şakira da bizdən razı gediblər. Çünki biz bir millət olaraq tək yumruca dönüşüb bui manıs xanımları və yaxud da xanım manısları layiqincə ağırlayıb, yola salmışıq.

Elə DİA.AZ-a daxil olan məlumatlar da belə deməyə əsas yaradır. Redaksiyamıza müraciət edən bir qrup büdcə təşkilatı çalışanı (onlar təvəqqe edirlər ki, ünvanlarını net şəkildə açıqlamayaq, çünki dərhal işlərini itirə bilərlər və biz də bu günlərdə həbsdən çıxan gənc fəal Zaur Qurbanlının məhz siyasi sifarişlə işdən atıldığını bildiyimizdən, narazı vətəndaşlarımızın xahişlərini nəzərə aldıq -red.) bildirir ki, Bakıya təşrif buyuran bahalı müğənnilərin pərəstişkarı olmasalar da, zorla həmin konsertdə iştirak etməli olublar.

Vətəndaşlar yazır: «Hər bir idarə üçün 10 bilet öhdəliyi var idi. Və hər bir biletə görə 200 manat pul istənilirdi. Elə idarə rəhbərləri oldu ki, konsertə bilet sata bilmədiyindən həmin 2000 manatı eləcə ödəməli oldu. Yəni konsert zallarını boş görsəniz belə, bilin ki, boş yerlərin pulları da idarə müdirlərindən artıqlaması ilə alınıb».

Şikayət məktubundan belə anlaşılır ki, ən böhranlı durum Dövlət Neft Şirkətində olub: «Neft şirkətinin həmkarlar təşkilatı hər konsertə 100 bilet öhdəliyi götürüb və bu səbəbdən şirkətin hesabından hər bir bilet üçün 1000 manatdan pul silinib. Yəni şirkət rəhbərliyi əslində bu prosesdən qazancla çıxıb. Yəni hər konsertdən 100i min xeyir götürüblər».

Narazı vətəndaşlar sonda onui da bildiriblər ki, nə yaxşı, Filipp Kirkorovun konserntini təxirə saldılar: «Biz daha müğənni istəmirik. Öz müğənnilərimizi də toylarda, ekranlarda görürük, bəsimizdir. Bir az da neft pullarından millətin gününü ağartmaq üçün xərcləsələr, pis olar?»

Geri qayıt