Əsas Səhifə > Güney Press / Manşet > İRAN PREZİDENTİ BAKIDAN HANSI XAHİŞİ EDƏCƏK?

İRAN PREZİDENTİ BAKIDAN HANSI XAHİŞİ EDƏCƏK?


15-10-2012, 17:04
İRAN PREZİDENTİ BAKIDAN HANSI XAHİŞİ EDƏCƏK?
DİA.AZ: - Məlum olduğu kimi, İran prezidenti Mahmud Əhmədinejad bu gecə Bakıya gəlir. O, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin dövlt başçılarının toplantısında iştirak edəcək. Rəsmi məlumatlara görə, İran prezidenti Bakıdat həmçinin Azərbaycanın dövlət rəsmiləri ilə də görüşəcək.

DİA.AZ-a bu barədə hökumət içindəki mənbələrdən daxil olan məlumatda deyilir ki, İran prezidenti Bakıda həm də həbsdə saxlanılan В«SəhərВ» kanalının əməkdaşı Anar Bayramlının azadlığını da Azərbaycandan istəyəcək. Artıq bu barədə diplomatik qaynaqların məlumatlandırıldığı bildirilir.

Onu da qeyd edək ki, fars-molla rejiminin mətbuatı Anar Bayramlı ilə bağlı Əhmədinejadın səfəri öncəsi təxribat xarakterli məlumatlar yaymaqdadır. В«AranNewsВ» portalında yer alan həmin səpgidən olan bir məlumatı diqqətinizə çatdırırıq.

В«Tehran-Bakı arasındakı əlaqələrdə yaranan müsbət dəyişikliklərdən nigaran qalan və iki ölkə arasındakı dostcasına münasibətləri istəməyən dairələr, İran İslam Respublikası Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlının sərbəst buraxılmasının qarşısını almaq üçün maneçiliklər yaradırlar.

Anar Bayramlının həbsinin siyasi və sifariş xarakterli olması haqda onlarla insan haqları və ölkə daxili müəssisə və təşkilatın elan və bəyanatlar yaydığı, habelə son vaxtlar İranın Azərbaycan Respublikası haqdakı dost və qardaşcasına addımlarının həyata keçirildiyi bir halda, ümumi fikrin Anar Bayramlının dərhal azad edilməsi barədəki gözləntilərinin artmasına rəğmən, qərəzli dairələr, bu haqda maneçiliklər törədirlər.

Mediaforum Xəbər Agentliyi bir qondarma xəbərdə Anar Bayramlının qardaşı Yaşar Bayramlıya istinadla iddia edib ki, Anar hələ həbs müddətinin azaldılması barədə xahiş ərizəsi verməyib.

Anar Bayramlının həbs müddətinin yarısını arxada qoymasına əsasən, hüquqi baxımdan onun belə bir xahiş irəli sürməsinə ehtiyac yoxdur və bu mövzunun ortaya atılması, qərəzli dairələrin bəhanələr ardınca olmasını göstərir.

Məlumatlı müşahidəçilər belə inanırlar ki, İranla Azərbaycan arasındakı dostcasına əlaqələrlə müxalif olanlar, Azərbaycan hakimiyyətinin daxilindəki nüfuzlarından sui-istifadə edib, Anar Bayramlının azad edilməsinin qarşısını almaqla, İran-Azərbaycan münasibətlərində yaranan müsbət vəziyyətə zərbə vurmağa çalışırlar. Halbki, Azərbaycan rəsmiləri, öz mövqelərini bildirdikləri zaman, İranla əlaqələrin yaxşılaşdırılması üçün ciddi iradəyə malik olduqlarını iddia edirlərВ».

Geri qayıt