Əsas Səhifə > Hadisə > ZƏVVARLARIMIZ SABAH GƏLİR

ZƏVVARLARIMIZ SABAH GƏLİR


8-11-2011, 12:08
ZƏVVARLARIMIZ SABAH GƏLİR

NOYABRIN 20-Ə QƏDƏR TAM DÖNÜŞ OLACAQ

Həcc ziyarətini başa vurmuş azərbaycanlı zəvvarlar noyabrın 9-dan Vətənə dönməyə başlayacaq.

Bu barədə APA-ya Azərbaycan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, ilk olaraq ziyarətə avtobusla getmiş zəvvarlar Vətənə yola düşəcəklər. Noyabrın 10-da isə ikinci avtobus karvanı yola düşəcək. Hər iki qrupda olan zəvvarların Vətənə qayıdarkən İraqın Kərbəla şəhərində müqəddəs yerləri ziyarət edəcəyi gözlənilir.

Noyabrın 14-dən isə Həccə təyyarə ilə getmiş azərbaycanlı zəvvarları geriyə qayıdacaqlar. Zəvvarlarımızı gətirən sonuncu təyyarə noyabrın 20-də Bakıya enəcək.

Qeyd edək ki, 2500 nəfər azərbaycanlı zəvvar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüblər.


Geri qayıt