Əsas Səhifə > Güney Press > SUMQAYITIN “JEK”LƏR KRALI KİMDİR?

SUMQAYITIN “JEK”LƏR KRALI KİMDİR?


15-10-2012, 15:28
SUMQAYITIN “JEK”LƏR KRALI KİMDİR?
Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Birliyinin (MKTİİB) rəisi Təvəkkül Məmmədov büdcəni talamaqla məşğuldur. MKTİİB rəisi binaların təmiri üçün pulları qaranlıq məqsədlərə sərf edərək görülən iş üçün "JEK" müdirlərinə pulu şəhər sakinlərdən yığmaq tapşırğı verib.

Daxil olan məlumatlarda bildirilir ki, Təvəkkül Məmmədov "JEK" müdirlərinə hətta dam örtüklərini də pulla satmaq əmri verib. "Ötən həftə Sumqayıta güclü yağışalırın yaşması bir çox binalarda, xüsuslə sonuncu mərtəbələrdə yaşayan sakinlərin evini su götürüb gedib. "JEK"lərə üz tutan sakinlər isə bizi günahkar sayırlar. Əslində damlara "tol" vurulması dövlətin hesabınadır. Amma Təvəkkül Məmmədov deyir ki, hansı "JEK"buna görə, pul ödəməsə "tol" görməyəcək. Bunu da "tol"u pulla alması ilə izah edir. Amma hamı bilir ki, o, yalan deyir".

"JEK" müdirlərinin birinin bildirdiyinə görə, binaların dam örtükləri bərbad vəziyyətdə olsa da, bu MKTB rəisini maraqlandırmır. Dəfələrlə bu barədə Təvəkkül Məmmədova müraciət edilsə də, o, ağzını açıb pul deyir: "Deyir ki, pul yığın gəlin sizə "tol"verim. Onun iddiasına görə, guya büdcədən bunun üçün heç bir vəsait ayrılmayıb. Əslində isə Təvəkkül Məmmədov büdcədən ayrılan vəsaiti mənimsəyərək öz cibinə qoyur. Dam örtüklərinin təmiri üçün isə bizdən pul tələb edir. Bundan başqa şəhərdə binaların zirzəmələri xəstəlik mənbəyinə çevrilib, amma kimə deyirsən. Təvəkkül Məmmədovu maraqlandıran yalnız və yalnız puldur. Özü də kimsə haqqı deyəndə ona hədə-qorxu gəlir. Deyir, istəyirsiniz gedin prezident İlham Əliyevə şikayət edin. Mən heç kimdən qorxmuram. Təvəkkül Məmmədovun sözlərinə görə, o icra başçısı Eldar Əzizova aylıq haqq verir. Bunun müqabilində isə icra başçısı onun özbaşınalıqlarına göz yumur. Arxayındır ki, icra başçısı onu müdafiə edəcək. ".

"JEK" müdirləri müvafiq qurumlardan Təvəkkül Məmmədovun qanunsuz əməllərinə son qoyulmasını istəyirlər.

Geri qayıt