Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVA SON GÜNLƏR NƏLƏRİ DÜŞÜNÜR?
GÜLƏR ƏHMƏDOVA SON GÜNLƏR NƏLƏRİ DÜŞÜNÜR?15-10-2012, 15:22 |
![]() DİA.AZ: - Fəaliyyəti qadağan edilmiş Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoçəkilişdən sonra mandatından olan və barəsində cinayət işi açılan keçmiş deputat Gülər Əhmədovanın bu gün hansı fikirdə olduğu ictimaiyyət üçün kifayət qədər maraqlıdır. Biz də DİA.AZ olaraq Gülər xanıma aid olan və sonradan В«hakВ» edildiyi söylənilən В«FacebookВ» sosial şəbəkəsindəki səhifədə yer alan statuslardan 4 oktyabr tarixindən bu yana olanlarını diqqətinizə çatdırırıq: 4 Oktyabr: - Mənim haqqımda yayılmış videonun montaj olduğunu hamıya sübut edəcəm! 6 oktyabr - Elşad Abdullayevin növbəti yalanı.... İnanmayın əzizlərim! Mən Vətənimə, Prezidentimə bağlı biriyəm! 8 oktyabr - Bu da nöbəti yalan!! Mənə heç bir qadağa qoyulmayıb! Tam sərbəstəm! (ölkədən çıxmasına qadağanın qoyulduğunu iddia edən xəbərlərə etiraz edir –red.) 8 oktyabr - Bu profildən paylaşılanlara görə mən məsuliyyət daşımıram! Həmin profil hak edilib. Səbail polisində "qız" edilmiş Mehman Huseynov adlı fotorepartyordan daha çox şübhələnirəm, bu yaxınlarda dəqiqləşdiriləcəm! Geri qayıt |