Əsas Səhifə > Partiya > 19 NOYABRDA MİTİNQDİR
19 NOYABRDA MİTİNQDİR8-11-2011, 11:20 |
İSLAMÇILAR AKSİYA QƏRARI VERİBLƏR Son dövrlər ölkədə dini kontingentin fəallaşması onlara qarşı hakimiyyətin tətbiq etdiyi bir çox qadağalardan irəli gəlib. Elə bu səbəbdəndir ki, dindarlar hüquqlarını qorumaq məqsədi isə aksiyalara start veriblər. İndiyə qədər Təhsil və Ədliyyə Nazirlikləri qarşısında keçirilən aksiyalar da göstərir ki, dini kəsim əsas qüvvələrdən birinə çevrilib və onların taktikası da yenidir. Hicab qadağası, məscidlərin sökülməsi, habelə bir qrup dindarın həbs olunması səbəbindən dindarların yaxın vaxtlarda aksiya keçiməyə hazırlaşmalarına gətirib çıxarıb. Məlumata görə, ölkədəki dindarlar başda AİP olmaqla noyabrın 19-da etiraz mitinqi keçirməyə qərar veriblər. Bu aksiya ilə bağlı Bakı Meriyasına bayramdan sonra müraciət ediləcəyi gözlənilir. Mənbənin bildirdiyinə görə, keçən dəfə də meriyaya müraciət edən, amma rədd cavabı alan AİP bu dəfə veriləcək cavabdan asılı olmayaraq, etiraz aksiyasını keçirməyə cəhd göstərəcək. Məlumatlarda o da bildirilir ki, AİP etiraz mitinqi ilə bağlı bütün ölkə ictimaiyyətinə müraciət etməyə və onlardan dəstək istədiyini bəyan etməyə hazırlaşır. Geri qayıt |